Latviyanın tarixi-mədəni diyarları

Latviyanın tarixi-mədəni diyarları

Latviyanın tarixi-mədəni diyarları (latış. kultūrvēsturiskie novadi‎) — Latviya Respublikasının ərazisində yerləşən tarixi və mədəni ərazilər nəzərdə tutulur.

Latviya Respublikası Konstitusiyasına(Satversme) görə Latviya dövlətinin ərazisində, beynəlxalq qaydalara əsasən aşağıdakı diyarlar mövcuddur: mərkəzdə Vidzeme, cənub-şərqdə Latqale, qərbdə Kurzeme və cənubda Zemqale[1][2].

Bundan başqa cənub-şərqdə yerləşən Zemqale və cənub-qərbdə olan Laqale diyarlarının ərazilərindən beşinci diyar - Seliya formalaşdırılıb.

Kurzeme (Kurlandiya tarixi diyarı) — ölkənin qərbində yerləşir. 2009-cu ildə olan inzibatı islahatlara qədər diyar Leypayski, Kuldiqski, Talsinski, Saldus və Ventspils rayonlarından ibarət idi.

İslahatdan sonra diyarın tərkibinə iki respublika tabeli şəhər daxil edildi: VentsplisLiepaya. Kurzeme diyarına aiddir: Ayzput, Alsunq, Brosen, Vayned, Ventsplis, Dundaq, Durbs, Qrobin, Kandav, Kuldiq, Nikas, Pavilot, Priekul, Roy, Rusav, Saldus, SkrundTalsin diyarı

Zemqale (Zemqaliya) — Latviyanın mərkəzi hissəsi. Ərazini şimaldan Riqa körfəzinin suları yuyur. Şərqdən Dauqava çayı, cənubdan isə litva ərazisi ilə həmsərhəddir. İnzibatı islahatlara qədər diyara Baus, Dobel, Elqav və Tukum rayonları daxil idi. İslahatdan sonra mədəni diyarın tərkibinə Yelqava şəhəri və Baldon, Baus, Vesumni, Dobel, Yelqava, İesav, Ozolni, Rundal, Tervet, Tukum, Enqur və Yunpil diyarıları daxil edildi.

Vidzeme — vaxtı ilə keçmiş Livoniyanın bir hissəsi olmuşdu. 2009-cu ildə olan inzibati islahata qədər əraziyə Aluksnen, Valmier, Sesis, Qulben, Limbaj, Madon, Valks rayonları aid idi. Bundan başqa diyarın tərkibinə Dauqavadan şimalda yerləşən Ayzqrauql, Oqrsk və Riqa rayonlarının bəzi əraziləri daxi idi.

Latqale — Latviyanın şərq hissəsi. 2009-cu ilə qədər Balvs, Kraslav, Ludzen, Preyl, Rezeknen rayonları və qismən Daqavpil və Ekabpil rayonlarının ərazisini əhatə edirdi.

Seliya — bəzən ayrıca olaraq beşinci tarixi-mədəni diyar kimi göstərilir. Bəzən isə Zemqalenin bir hissəsi kimi təqdim olunur.

  1. "Конституция Латвийской Республики". 2014-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
  2. Энциклопедия Кольера. Arxivləşdirilib 2019-04-01 at the Wayback Machine Латвия