Laura Bassi

Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[2][3][…], Boloniya, Papa dövləti20 fevral 1778[4][5][…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi.

Laura Bassi
it. Laura Maria Caterina Bassi
Doğum tarixi 29 oktyabr 1711(1711-10-29)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 20 fevral 1778(1778-02-20)[4][5][…] (66 yaşında)
Vəfat yeri
Elm sahələri fizika[1], biologiya[1], anatomiya[1]
Elmi dərəcəsi
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi.

Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi.

Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur.

1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır.

Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir. Bu, çox radikal bir addım idi, Bassi Avropa universitetində rəsmi olaraq ilk qadın müəllimə idi. Doktorluq dərəcəsi isə bir qadına verilmiş ikinci doktorluq idi (Birincisi Yelena Kornaro Lukresiya Piskopiyaya aid idi.)

Doktorluq diplomu Bassiyə böyük məclisdə təqdim edilir. Mərasimdə dəfnə yarpaqları ilə bəzədilmiş gümüş tac Bassinin başına qoyulur, barmağına doktor üzüyü taxılır. Bundan başqa, Bassinin şərəfinə xatirə medalı həkk olunur.

Gördüyü böyük hörmət və fəlsəfə sahəsinə təyin edilməsinə baxmayaraq, iki il sonra Bassinin təhsil vermə imkanları məhdud idi. Onun oğlan tələbələrlə dolu sinifdə dərs deməsi uyğun görülmürdü. Bu səbəblə o, sadəcə qadınların çağırıldığı və xalqa açıq toplantılarda dərs verə bilirdi.

1738-ci ildə Bassi alim Cüzeppe Veratti ilə ailə qurur və cütlüyün 8 övladı olur. Ailə qurduqdan sonra Bassi bir müddət evdə dərs verməyə davam edir. Sonra hamilərinin köməyi ilə daha yüksək əməkhaqqı almaqla universitetə qayıtması üçün razı salınır. Beləcə, evində laboratoriya qurmaq imkanı əldə edir. Bassi və həyat yoldaşı bu laboratoriyada birlikdə elektrik təcrübələri keçirirlər. 1760-cı ilə qədər Bassinin aldığı əməkhaqqı universitetdəki digər professorların aldığı əməkhaqqından daha yüksək idi.

Bassinin adı artıq akademya əhatəsində genış yayılmışdı. Bioqraflardan biri onun üçün "Boloqnada Bassinin təlimçi danışıqlarını dinləməyən kimsə qalmamışdı" demişdi. Müasirləri arasında fransız filosofu Volter də vardı və 1744–45-ci illərdə Bassi Volterin Boloqna Elmlər Akademiyasına üzv olmasına kömək etmişdi.

Bu illərdə XIV Papa Benedikt 25 elm adamından ibarət Benedettini kimi tanınan bir qrup yaradır. Bessi də bu qrupun üzvü olmağa cəhd edir. Qrup üzvləri ona fərqli reaksiyalar veririlər. Nəticədə Bessinin çəhdləri uğurla nəticələnir və Papa onu da qrupa qəbul edir. Bu vəziyyət nəinki ona əlavə gəlir gətirir, eləcə də bir çox iş fürsəti yaradır. 1746-cı ildən 1776-cı ilə qədər Bessi hər il Benediktin akademiyasında elmi təqdimatlar edir.

Həyatının sonrakı mərhələsində Bessi fizikadakı təcrübələri ilə mexanika, hidravlika, elastiklik və qazların xüsusiyyətləri ilə bağlı araşdırmaları və dərsləri ilə şöhrət qazanır. 1776-cı ildə həyat yoldaşı ilə birlikdə fizika təcrübə sahəsinə təyin edilir. İki il sonra vəfat edir. Həyatı boyunca əldə etmiş karyerası da sona çatır, elm dünyasında qadınlar üçün əhəmiyyətli bir qapı açmış olur.

Bassi Avropada universitet üzrə rəsmi vəzifə tutan ilk qadın kimi xatırlanır. Ancaq onun elmi araşdırmaları daha öndə dayanırdı. Onun əsl maraq dairəsi məşhur fizik və riyazıyatçı Nyutonun çalışmaları idi. O, İtaliyada Nyutonçu naturalist fəlsəfəsini öyrədən ilk elm insanı olub.

Bassi Nyuton fizikası ilə bağlı 28 il dərs verdi. O, karyerası boyunca elmin müxtəlif sahələrində tədqiqatlar aparıb. Əsasən fizika və hidravlika sahələri üzrə 28 məqaləsi dərs edilmişdir. Bu məqalələr təhsilə böyük köməklik göstərmişdir.

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 89. 798 p. ISBN 978-1-135-96342-2
  3. 1 2 BASSI VERATI, Laura // Dizionario Biografico degli Italiani (it.). 1970. Vol. 7.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.