Laurus nobilis

Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü.

Nəcib dəfnə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiyaŞotlandiyada təsadüf edilir.

Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur. Erkək çiçəklərində erkəkcikləri 8-dən 12-ə qədər, 2-3 dairə üzrə düzülmüşdür. Erkəkciklərin saplağı çılpaq, 8 xarici erkəkciyin hər biri 2 ədəd vəziyə malikdir. Dişi çiçəklərdə 4 ədəd erkəkcik rüşeym halında olub, iki çiçək yanlığının bölümləri ilə növbələşir. Yumurtalığı biryuvalıdır. Meyvəsi ellips və ya yumurtavari, qara rəngli və bir toxumlu çəyirdəkdir.

Sentyabr ayında yetişir. Qələm və kök pöhrələri ilə çoxaldılır. Dəfnə quraqlığadavamlı, işıqsevəndir, yarımkölgəli yerlərdə də bitir.

Abşeron, Lənkəran, Zaqatala, Şəmkir, Füzuli və b. rayonlarda, Gəncə şəhərində parklarda təsadüf edilir.

Yarpaqlarında 3,1% efir yağı, 13,8% pentoza şəkəri, 0,8-1,2% pektin və aşılayıcı maddələr vardır.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Laurus angusta Raf.
  • Laurus nobilis var. angustifolia Nees
  • Laurus nobilis var. floribunda Meisn.
  • Laurus nobilis var. flos-pleno Radogizky
  • Laurus nobilis var. lanceolata Meisn.
  • Laurus nobilis f. lanceolata Meisn.
  • Laurus nobilis var. latifolia Risso
  • Laurus nobilis f. latifolia (Risso) Maire
  • Laurus nobilis var. longifolia Risso
  • Laurus nobilis var. rotundifolia Emb. & Maire
  • Laurus nobilis var. undulata Meisn.
  • Laurus nobilis var. variegata Radogizky
  • Laurus papillosa Demoly
  • Laurus salicifolia Nees
  • Laurus tenuifolia Mill.
  • Laurus undulata Mill.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 369.