Lavandula vera

Ensizyarpaq lavanda (lat. Lavandula spica)[1] - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.[2]

Ensizyarpaq lavanda
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Lavandula angustifolia Mill.

Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransaİspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb.

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir.

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür. Meyvəsi qalın kasacığa daxil olan dörd qoza¬dan ibarətdir.

Ensizyarpaq lavanda quru daşlı yerlərdə bitir

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Qafqazda təbii halda yayılmışdır.

Yaşıllaşdırmada bordyurların salınması üçün istifadə edilir. Bitkinin bütün hissələrində efir yağı, çiçəklərində aşılayıcı maddələr, qatranlar, ursol turşusu, kumarin, qerniarin vardır. Torpaq eroziyasının qarşısının alınmasında böyük əhə¬mi¬y¬¬yə¬ti vardır. Çiçəkləri beyində qan dövranını yaxşılaşdıran, sidikqovucu, qıc olmağa qarşı və sakitləşdirici təsirə malikdir. Efir yağı parfümeriya-kosmetika əşya¬la¬rı¬nın istehsalında, kulinariyada ədviy¬yat kimi istifadə edilir. Xalq təbabətin¬də yağının spirt məhlulları baş ağrısı, əsəb xəstəliyi, revmatizm, ürək-damar, oynaq, dəri xəstəlikləri, zədələnmə və iflicdə istifadə edilir.

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh