Layoş Battyani (mac. Batthyány Lajos, 10 fevral 1807, Bratislava[2] – 6 oktyabr 1849[1], Peşt[d], Peşt medyesi[3]) — Macarıstan dövlət xadimi, Macarıstanın ilk baş naziri [4].
Layoş Battyani | |
---|---|
mac. Batthyány Lajos | |
Macarıstanın ilk baş naziri | |
17 mart – 2 oktyabr 1848 | |
Əvvəlki | vəzifə yaradılmışdır |
Sonrakı | Bertalan Semere |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1807 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 1849[1] (42 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | edam[d], güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Layoş Battyani 10 fevral 1807-ci ildə Pozoni şəhərində (hal-hazırda Bratislava) anadan olmuşdur. Battyaninin atası qraf Jozef Şandor Battyani, anası isə Barbola Skerles idi. Kiçik yaşlarında valideynləri boşanan Battyani anası və qardaşı ilə birlikdə Vyanaya köçüb burada yaşamağa başlayırlar. Burada anası onu yatılı məktəbə yerləşdirir. 16 yaşında məktəbi bitirən Batyani Zaqrebdə yerləşən Akademiyaya qəbul olaraq 1826-cı ilə qədər burada təhsil almışdır. 1826-cı ildə bir vəzifə ilə bağlı İtaliyaya göndərilən Batyani tezliklə leytnant vəzifəsinə yüksəlir və hüquq dərəcəsi alır. 1834-cü ilin dekabr ayında Batyani Antonia Ziçi adlı bir qadınla ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı dünyaya gəlmişdir.
1839-1840-cı il parlamenti ilə Battyani faəl siyasi hayata daxil oldu və müxalifətin liderinə çevrildi. Battyani onlar üçün yeni bir islahat proqramı hazırladı. O, 1840-cı ildən başlayaraq Yuxarı Palatanın icraat planını hazırlamaq üçün stenoqrafları işə götürməyi məsləhət gördü.
Battyani Seçeninin iqtisadi və siyasi həyata dair fikirləri ilə razılaşırdı. 1830-cu illərdə Macarıstanda atçılığın inkişaf etidirilməsində pay sahiblərindən biri də o idi. Bir müddət sonra onlar Macarıstan İqtisadiyyat Birliyini yaratdılar. Bundan başqa Battyani Seçeni və Koşut ilə aristokratların islahat hərəkatına daxil edilməsi ilə bağlı fikirlərdə də razılığa gəlirdi. 1843-1844-cü il parlamentində Battyani artıq bütün müxalifətin liderinə çevrilmişdi və Habsburq imperiyasının apardığı xarici və daxili siyasəti kəskin tənqid edirdi.
1845-ci ildə parlamentin ləğvindən sonra Peştə köçən Battyani burada Mərkəzi Seçki Dairəsinin sədri seçildi. O Vededletdə yeni bir iqtisadi birliyin yaradılmasında mühüm rol oynadı. 1847-ci ildə Macarıstan Solçular hərəkatı (Maverik Partiyası) yaradıldı və Battyani onun ilk prezidenti oldu.
1848-ci il mart ayının 17-də imperator I Ferdinand macar dövlət yığıncağının tələbini qəbul etməyə məcbur oldu. Onlar qarşısında məsul olan hökumətin formalaşması burjua islahatlarının keçirilməsində maraqlı olan burjualaşmış orta mülkədarların maraqlarını ifadə edən Layoş Battyaniyə tapşırıldı. Battyani hökuməti təhkimçilik hüququnu eləcə də biyarı və disyatini ləğv etdi. Nadel torpaqları kəndlilərə verdi. Lakin bu dəyişikliklər bütün kəndlilərə şamil edilmədi. Torpağı olmayanlar yalnız mülkədarlarla fərdi razılaşma əsasında biyarı satın ala bilərdilər. Kəndlilərin narazığılı mülkədar torpaqlarının bölüşdürülməsi cəhdləri ilə yerli üsyanlarla özünü göstərdi. Mayın sonun da xorvat saboru Zaqrebdə Xorvatiya, Slovaniya və Dalmatsiyanın milli muxtariyyətini elan etdi. Lakin Battyani hökuməti slavyanların bəabər hüquqluluğunu tanımaq və slavyan torpaqları üzərində ağalıqdan əl çəkmək istəmədi. Nəticədə xorvat qoşunları İ. Yelaçiçin rəhbərliyi ilə macar inqilabının üzərinə göndərildi. Beləliklə Battyani və hökuməti istefa etdi. Çox keçmədən palatin Stefanın təklifi ilə Battyani yenidən baş nazir oldu. Buna baxmayaraq imperator sentyabr ayının 25-də yeni yaradılan hökuməti tanımaqdan imtina etdi. İmperator həmçinin Macarıstan ordusunun rəhbəri vəzifəsinə qraf Frans Flipp von Lamberqi təyin etdi. Lakin Lamberqin Peştdə öldürülməsi ilə Battyani yenidən imperator ilə uzlaşmaq üçün Vyanaya yola düşdü. O, yeni ordu təşkil etdi və ordusu 29 sentyabr Pakozd döyüşündə xorvatlara qarşı müvəffəqiyyət əldə etməyə nail oldu. Çox keçmədən Battyani başa düşdü ki, kral ilə uzalaşa bilməyəcək və yenidən istefaya getməli oldu.
1849-cu ildə Battyani həbs edildi. Tərəfdarları onu həbsdən azad etmək üçün səylər göstərsə də nəticəsiz oldu. 16 avqust 1849-cu ildə məhkəmə ona ölüm hökümü verdi. 6 oktyabr 1849-cu ildə o Peşt və Budanın hərbi qoşunlarının komandiri Yohan Kompenin əmri ilə güllələndi. Battyaninin son sözləri: "Éljen a haza! Rajta, vadászok!" olmuşdur ("Çox yaşa məmləkətim! buyurun cəlladlar!")[5]