Lazar Biçeraxov

Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci dünya müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan rus qoşunlarının tərkibindəki kazak qoşunlarınınn komandanı.[2]

Lazar Biçeraxov
Şəxsi məlumatlar
Doğum tarixi 15 (27) noyabr 1882
Doğum yeri
Vəfat tarixi 22 iyun 1952(1952-06-22)[1] (69 yaşında)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri "Müqəddəs Vladimir" ordeni "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Biçeraxov və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

Oktyabr inqilabından sonra ingilis komandanlığı Biçeraxovun rəhbərliyi altındakı 1500 nəfərlik hərbi qüvvəni Bakını almaq üçün istifadə etmək qərarına gəldi. Böyük məbləğ qarşılığında buna razılıq verən Biçeraxov 1918-ci ilin iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum planını müzakirə etmişdi. Plana əsasən, Biçeraxov Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkibinə daxil olunması təklifini vermişdi.[3] Bolşeviklərə nifrət etməsinə baxmayaraq, Biçeraxov türk qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırdı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra gizli planları barədə Bakı Sovetinə məlumatlar da vermişdi.[4]

Bakıya gəlişi

[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə etməyə razılıq verdi.[4] Lakin 1918-ci ilin iyulun sonunda Qafqaz İslam Ordusuna qarşı hərbi əməliyyatların ümidsiz olduğunu görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Port (Mahaçqala) şəhərini tutmuş, A. Denikinlə əlaqə yaratmışdı. Biçeraxov Bakıdakı Erməni Milli Şurasının, “Daşnaksutyun” partiyasının liderləri ilə də sıx əlaqə saxlayırdı. Qafqazda hərbi diktatura yaratmaq istəyən Biçeraxovun əsl məqsədi Rusiyanın 1914-cü il hüdudlarında bərpa bərpasına kömək etmək idi. Biçeraxovun 1918-ci ilin, noyabrında müttəfiq qoşunları ilə bir vaxtda yenidən Bakıya gəlişindən ruhlanan ruserməni milli şuraları Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və Biçeraxovun başçılıq etdiyi Xəzəryani hökumət yaradılması barədə qərar çıxardılar. Artıq ingilis ordusunun general-mayoru rütbəsində Bakıya qayıdan Biçeraxov əhali içərisində aeroplandan bəyannamələr səpdirmiş və onları “Qafqazın rus dəniz və quru qüvvələrinin baş komandanı” kimi imzalamışdı.[4]

Sürgünə göndərilməsi

[redaktə | mənbəni redaktə et]

Böyük Britaniyanın hökumətinin Biçeraxova münasibəti antibolşevizm siyasəti ilə bağlı idi. Bu baxımdan Biçeraxovun Xəzər hövzəsi regionunda sərbəst fəaliyyəti, xüsusən, 1919-cu ilin, yanvarında onun başçılığı ilə “Qafqaz-Xəzər Hökuməti”nin yaradılması B.Britaniya hökuməti tərəfindən cavabsız qalmadı. Bu dəfə ingilislər Biçeraxovun Böyük Britaniya kraliçası tərəfindən qəbul və təltif edilmək adı ilə Londona çağırıldı. Beləliklə Biçeraxov 1919-cu ildən, Londonda yaşamağa məcbur qaldı. 1952-ci ildə Almaniyada vəfat etdi.

  1. Library of Congress Authorities (ing.). Library of Congress.
  2. "Бичерахов Лазарь Федорович". 2011-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  3. "Россия. Военное министерство". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  4. 1 2 3 Cəmil Həsənli-Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920)