Le Caucase Illustre (fr. Le Caucase Illustré; gürc. ილუსტრირებული კავკასია) — 1889–1892 və 1899–1902-ci illərdə Tiflisdə fransız dilində çıxan aylıq jurnal. Jurnalın redaktoru Jül Muryer olmuşdur. İlk sayı 1889-cu ilin avqustunda nəşr olunan, zəngin illüstrasiyalarla zənginləşdirilmiş jurnalda Qafqaz xalqlarının həyat və tarixi, ədəbiyyatı və incəsənətindən bəhs edilmişdir. Jurnalda Sulxan-Saba Orbelianinin, İlya Çavçavadzenin, Yakob Qogebaşvilinin, Qabriel Sundukyanın və başqa müəlliflərin əsərlərinin fransız dilinə tərcümələri nəşr edilmişdir.[1]
Le Caucase Illustre | |
---|---|
fr. Le Caucase Illustré gürc. ილუსტრირებული კავკასია | |
| |
Baş redaktor | Jül Muryer |
Təsis tarixi | 1889 |
İlk buraxılışı | avqust 1889 |
Nəşrini dayandırıb | 1902 |
Qərargah | Tiflis |
Dil | fransızca |
Vikianbarda əlaqəli mediafayllar |
Jurnalda Tiflis muzeyi, gürcü teatrı, gürcü teatr aktyorları, Qafqazda müqəddəs zərgərlik, Qafqaz növləri, geyimləri, mebeli, dekorativ sənəti və s. kimi bölmələr var idi.[1]
Muryen 1889-cu ildə Qafqaz Senzura Komitəsinə yeni fransızdilli jurnalın nəşri üçün icazə məktubu göndərir. Senzura Komitəsi onun müraciətinə müsbət cavab verrir və beləliklə 1889-cu ilin avqustunda jurnalın ilk nömrəsi çıxır. Bu aylıq jurnala Rusiya imperiyasının bütün ərazisində, eləcə də xaricdə abunə olmaq mümkün idi.[2]
1892–1899-cu illər arasında Muryen xaricə getdiyi üçün qəzetin nəşri dayandırılıb. 21 may 1904-cü il tarixdə isə jurnalın nəşri rəsmi olaraq dayandırılıb.[2]