Le Dık Tho[6][7] və ya Le Dık Txo[8] (vyet. Lê Ðức Thọ) və ya əsl adı ilə Fan Din Khay (Phan Đình Khải; 14 oktyabr 1911[1][2][…] – 13 oktyabr 1990[3][1][…], Hanoy[4]) — Vyetnam siyasətçisi və diplomatı. O, 1973-cü ildə "Nobel" sülh mükafatına layiq görülmüşdür, lakin ondan imtina etmişdir.
Le Dık Tho | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1911[1][2][…] |
Vəfat tarixi | 13 oktyabr 1990[3][1][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Partiya | |
Fəaliyyəti | siyasətçi, diplomat, hərbi qulluqçu, inqilabçı |
Dini | dinsizlik |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | diplomatiya[5], xarici siyasət[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Le Dık Tho gəncliyindən Vyetnam kommunist hərəkatında iştirak etmişdir. O, 1930-cu ildə Hind-Çin Kommunist Partiyasının yaradıcılarından biri olmuşdur. Le Dık Tho 1930-cu ildən 1936-cı ilə qədər, sonra isə 1939-cu ildən 1944-cü ilə qədər Fransa həbsxanasında həbs olunmuşdur. O, azadlığa çıxandan sonra Vyetminin yaradılmasında iştirak etmişdir. Le Dık Tho Birinci Hind-Çin müharibəsi zamanı Vyetnamın cənubunda Vyetnam Fəhlə Partiyasının Mərkəzi Komitəsindən çalışmışdır. O, 1955–1986-cı illərdə partiyanın Siyasi Bürosunun üzvü olmuşdur.