League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır.[1]
League of Legends: Wild Rift | |
---|---|
Hazırlayanlar | Riot Games |
Yayımlayanlar | Riot Games |
Buraxılış tarixləri | 27 oktyabr 2020 |
Janr | çoxoyunçulu onlayn döyüş arenası |
Texniki məlumat | |
Platforma | Android, iOS, iPadOS |
Oyun rejimi | çoxnəfərli oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı |
"League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar.[2] Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər.
"League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur.[3] Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir.[4]
Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Tencent 2015-ci ildə Riot Games-dən "League of Legends"in mobil versiyasını hazırlamasını istəsə də, bu təklifi qəbul etməmişdir. Buna görə də Tencent "Honor of Kings" adlı öz MOBA-sını hazırlamışdır. 2019-cu ildə Riot Games "League of Legends"in mobil versiyasını hazırlamaq qərarına gəlmiş və 15 oktyabr 2019-cu ildə "League of Legends: Wild Rift" anons edilmişdir.[5] Oyun rəsmi olaraq 27 oktyabr 2020-ci ildə buraxılmışdır.[6]
PC versiyasında olduğu kimi "Wild Rift" də 2–3 həftədən çıxan petçlərlə yenilənir, mütəmadi olaraq yeni çempionlar əlavə olunur.[7] 2022-ci ilin noyabrına əsasən oyunda 93 çempion var.
"League of Legends: Wild Rift" tənqidçilər tərəfindən bəyənilmişdir. "Metacritic" saytı oyuna 89/100 xal vermişdir.[8]