Tencent

Tencent −1998-ci ildə Şençjen şəhərində qurulan bir Çin investisiya və texnologiya holdinqidir. Tencent dünyanın ən böyük investisiya və vençur şirkətlərindən biridir. Şirkət müxtəlif İnternet xidmətləri göstərmək üzrə ixtisaslaşıb. Şirkət Kayman Adalarında qeydiyyatdan keçib.

Tencent
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye videooyun sənayesi[d], informasiya texnologiyaları
Məhsulları Tencent QQ
Təsis tarixi 12 noyabr 1998
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 356.275.200.000 ¥[1]
Ümumi aktivlər
  • 554.672.000.000 ¥ (31 dekabr 2017)[2]
Ümumi gəliri
  • 312.694.000.000 ¥ (2018)[3]
Xalis mənfəəti
  • 1.556.300.000 ¥ (2017)[2]
Əməliyyat mənfəəti
  • 11.692.500.000 ¥ (2017)[2]
Struktur
İşçi sayı
  • 62.885 nəf. (31 dekabr 2019)[4]
Tərəfdaşlar Riot Games[2], Supercell, Universal Music Group
tencent.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Tencent"in fəaıliyyət dairəsinə sosial media, musiqi və veb portalları, elektron ticarət, ödəmə sistemləri, mobil və onlayn oyunlar, bulud məlumat bazaları daxildir. Məsələn Çində ən çox istifadə olunan mesajlaşma xidməti olan "Tencent QQ" "və mətn və səsli mesajların göndərilməsi üçün mobil tətbiq olan WeChat "Tencent"ə məxsusdur. Həmçinin istifadəçi sayına görə dünyada FacebookYouTubedən sonra üçüncü olan "Qzone"də "Tencent"ə məxsusdur.

2018-ci ildə şirkət 500 milyard dollarlıq kapitallaşmanı aşaraq bu göstəricini keçən ilk Asiya texnoloji şirkəti oldur.

Şirkət 1998-ci ilin noyabrında Ma Huateng və ortaqları Zhang Zhidong, Xu Chengye, Chen Yidan və Zeng Liqing tərəfindən "Tencent Inc" adı altında yaradılır.[5][6]

Şirkətin ilk məhsulu, 1999-cu ilin fevralında təqdim etdiyi və Çin dilində olan OICQ (Open ICQ) mesajlaşma proqramı olur.[7] 1999-cu ilin oktyabrında Tencent, səhmlərinin 20 faizi qarşılığında, Amerika və Hong Kongun vençür şirkətlərindən 2,2 milyon dollar alır. Proqramın adının ICQyə bənzər olması səbəbindən messencerin adı "Tencent QQ" olaraq dəyişdirilir.

2001-ci ildə Cənubi Afrika nəşriyyat şirkəti olan Naspers, "Tencent"in səhmlərinin 46,5 faizini satın alır.[8]

16 iyun 2004-cü ildə şirkət Hong Kong Fond Birjasının əsas mərtəbəsində ilkin kütləvi təklif həyata keçirdir və 2008-ci ildə səhmləri birjanın əsas indeksinə daxil edilir. 2017-ci ilin sonunda Tencent, 500 milyard dollardan çox bazar kapitallaşması ilə dünyada beşinci yeri tutur.[9]

2004-cü ildə şirkət videooyunlar bazarına girir. 2011-ci ildə Tencent, 2015-ci ilin sonunda tamamilə satın aldığı "Riot Games" videooyun hazırlama şirkətinin səhmlərinin böyük bir hissəni alır.

2011-ci ildə WeChat (Weixin, 微 信) mobil mətn və səsli mesajlaşma tətbiqini yaradır. Tətbiqin aktiv istifadəçi sayı 2018-ci ildə 1 milyardı keçdi.

Tencent həmçinin Rusiyanın "Mail.ru Group" şirkətinin səhmlərinin 7.9 faizinə sahibdir.

8 Noyabr 2017-ci ildə şirkətin törəmə şirkəti olan "China literature"nin səhmləri Hong Kong Fond Birjasında siyahıya alınır və şirkətə 7 milyard HKD-dən (1 milyard dollar) çox gəlir gətirir.

12 dekabr 2018-ci ildə "Tencent"in başqa bir törəmə şirkəti olan "Tencent Music Entertainment" (onlayn musiqi) New York Fond Birjasına çıxır və bu şirkətə yarım milyard dollar gəlir gətirir.

23 iyun 2020-ci ildə Tencent "Klei Entertainment" studiyasından "Don't Starve: Newhome" mobil oyununu inkişaf etdirmək üçün lisenziya alır. Daha sonra, 22 Noyabr 2020-də studiyanın özünün nəzarət payını alınır.

2020-ci ilin sonunda "App Annie" araşdırma şirkətinin məlumatına görə, "Tencent holding" tətbiq yaradan şirkətlər arasında gəlir baxımından dünyada birinci olub.

Sahibləri və rəhbərliyi

[redaktə | mənbəni redaktə et]

Ən böyük səhmdar Naspers Limited (törəmə şirkəti MIH TC vasitəsi ilə), 31.1 faiz səhmə sahibdir.

  • Ma Huateng, şirkətin təsisçilərindən biridir, direktorlar şurasının sədri və baş icraçı direktorudur; 8.61 faiz səhmə sahibdir. O, eyni zamanda ÇXR 13. Xalq Xalq Konqresinin üzvü və bir sıra törəmə şirkətlərin direktorlar şurasının üzvüdür.
  • Martin Chi Ping Lau — 2006-cı ildən sonra Prezident və CEO.

Törəmə şirkəti

[redaktə | mənbəni redaktə et]

2018-ci ilin sonunda əsas törəmə şirkətlər:

  • Tencent Kompüteri (ÇXR, 100%, pullu xidmətlər və onlayn reklam)
  • Tencent Texnologiyası (ÇXR, 100%, proqram təminatı)
  • Shenzhen Shiji Kaixuan Technology Company Limited (ÇXR, 100%, İnternet reklamı)
  • Tencent Cyber (Tianjin) Company Limited (ÇXR, 100%, proqram təminatı)
  • Tencent Asset Management Limited (Britaniya Virgin Adaları, 100%, aktivlərin idarə edilməsi)
  • Tencent Technology (Pekin) Company Limited (ÇXR,100%, proqram təminatı)
  • Nanjing Wang Dian Technology Company Limited (ÇXR, 100%, pullu xidmətlər)
  • Beijing BIZCOM Technology Company Limited (ÇXR, 100%, pullu xidmətlər)
  • Beijing Starsinhand Technology Company Limited (ÇXR, 100%, pullu xidmətlər)
  • Tencent Cyber (Shenzhen) Company Limited (ÇXR, 100%, proqram təminatı)
  • Tencent Technology (Shanghai) Company Limited (ÇXR, 100%, proqram təminatı)
  • Tencent Technology (Chengdu) Company Limited (ÇXR, 100%, proqram təminatı)
  • Tencent Technology (Wuhan) Company Limited (ÇXR, 100%, proqram təminatı)
  • Tencent Bulud Hesablama (Pekin) Şirkət Limited (ÇXR, 100%, bulud hesablama)
  • Morespark Limited (Hong Kong, 100%, investisiya keçirilməsi, İnternet reklamı)
  • Beijing Tencent Culture Media Company Limited (ÇXR, 100%, Reklam agentliyi)
  • Çin Ədəbiyyatı (Kayman Adaları, 55,59%, ədəbiyyatın İnternet vasitəsilə paylanması)
  • Tencent Music Entertainment (Kayman Adaları, 50,08%, İnternet vasitəsilə musiqi paylanması)
  • Riot Oyunları (ABŞ, 100%, onlayn oyun inkişafı)
  • Epik Oyunlar (ABŞ, 48,4%, onlayn oyun inkişafı)
  • Supercell (Finlandiya, 84,3%, mobil onlayn oyunların inkişafı)
  • Satispay (İtaliya, mobil ödəmə xidmətləri)

Film istehsalı

[redaktə | mənbəni redaktə et]

Film istehsalı ilə məşğul olan "Tencent Pictures" studiyası.

  1. https://www1.hkexnews.hk/listedco/listconews/sehk/2019/0401/ltn201904012133.pdf.
  2. 1 2 3 4 https://www.tencent.com/en-us/articles/17000391523362601.pdf.
  3. https://finance.sina.com.cn/zt_d/2019_zq500qbd/.
  4. 2019 Annual Report (ing.). Tencent. P. 68.
  5. "Arxivlənmiş surət". 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.
  6. "Arxivlənmiş surət". 2012-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
  7. https://web.archive.org/web/20120319065128/http://languagelog.ldc.upenn.edu/nll/?p=3111
  8. "Arxivlənmiş surət". 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.
  9. "Arxivlənmiş surət". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.