Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutu (ing. Lemkin Institute for Genocide Prevention) — ABŞ qeyri-hökumət təşkilatı.
Lemkin İnstitutu | |
---|---|
Yaranma tarixi | 19 avqust 2021 |
lemkininstitute.com |
Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilat öz internet səhifəsində bildirir ki, institutun yaradılması ideyası onun gələcək təsisçiləri Şimali İraqa səfər edərək İslam Dövləti tərəfindən həyata keçirilən dini və etnik azlıqların soyqırımının nəticələrini müşahidə edərkən yaranmışdır. Daha sonra onlar soyqırımının qarşısının alınması və hesabatlılıq üçün İraq layihəsini yaratmışdılar.
İnstitutun həmtəsisçiləri[1] Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci[2] və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur.[3]
İnstitutun missiyası soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır.
Azərbaycanın "Faktyoxla Lab" saytı 20 avqust 2022-ci il tarixli buraxılışda Lemkin İnstitutu tərəfindən dərc olunan "Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında" adlı hesabatın etibarlılığını və açıq fikirliliyini şübhə altına almışdır. Sayt iddia etmişdir ki, institut ABŞ-də erməni diasporu ilə qarşılıqlı əlaqədədir və onun həm-direktoru Eliza fon Koden-Forci Ermənistana səfəri zamanı mühazirələrlə çıxış edərkən açıq şəkildə həmin ölkəyə rəğbətini ifadə etmişdir.[4] Türkiyənin "Avrasiya Araşdırmaları Mərkəzi" 14 iyun 2023-cü il tarixli buraxılışda Lemkin İnstitutunun ABŞ Dövlət Departamentinə "Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı" açıq məktubunu "qərəz və birtərəfliliyin ifadəsi" adlandırmışdır.[5]