Lenqdon Vorner

Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur.[3]

Lenqdon Vorner
Doğum tarixi 1881[1][1][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1955(1955-06-09)[1][2][…]
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları II dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci dünya müharibəsi zamanı Yaponiyanın NaraKioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir.[3] İndiana Cons personajının prototiplərindən biri hesab olunur.[4]

Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir.[3] O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur.[3] Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir.[3]

Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur.[3] O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.[3] 1912-ci ildə Harvard Universitetində Şərq incəsənəti üzrə ilk kursu keçmiş və ABŞ universitetləri tarixində bu kursu keçən ilk şəxs olmuşdur.[3]

O, Birinci dünya müharibəsi zamanı Ştat Departamenti üçün işlədikdən sonra Pensilvaniya İncəsənət Muzeyinin direktoru olmuşdur.[3] O, Foqq muzeyi üçün iki Çin ekspedisiyasına başçılıq etmişdir.[3] Bu ekspedisiyalardan biri Türküstan sərhədinə olmuşdur.[3] Şanxay şəhərinə gedərək Kanzas Şəhərinin Nelson Qalereyası üçün böyük artefakt gətirmişdir.[3] Vorner 1939-cu ildə San-Fransiskoda baş tutmuş Dünya yarmarkasının "Sakit okean hövzəsi incəsənəti" sərgisindən məsul şəxs olmuşdur.[3] Buna görə Berkli Kaliforniya Universiteti ona fəxri dərəcə vermişdir.[3]

Müharibə və postmüharibə

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi ərəfəsində Vorner və Yel Universitetindən Asakava Kaniçi ABŞ prezidenti Frenklin Ruzveltə müraciət edərək onun İmperator Şovaya birbaşa mesaj göndərməsini və müharibənin qarşısını almasını istəmişdirlər.[3] Müraciət göndərilsə də, gec çatmışdır.[3] Müharibə illərində o, sivil məmurlara dərslər keçmiş və müharibə zonasındakı incəsənət abidələrinin qorunmasından məsul olan Roberts komissiyası üçün işləmişdir.[3]

Vorner 1946-cı ildə Müttəfiqlərin Abidələr, Təsviri İncəsənət və Arxivlər Bölməsinin məsləhətçisi kimi Yaponiyaya səyahət etmişdir.[3] Dostu və həmkarı Yaşiro Yukionun yazdığı məqalədən sonra o, "Nara və Kiotonun xilaskarı" hesab olunmağa başlamışdır.[3] Lakin Vorner bu titulu daim inkar etmiş və qəbul etməmişdir.[3] Belə ki, Nara şəhəri heç vaxt hədəf olmamış, Kioto isə Henri Luis Stimsonun təşəbbüsü ilə hədəf siyahısından çıxarılmışdır.[3]

Vorner 1950-ci ildə Boston Lovell İnstitutunda Yaponiya incəsənəti haqqında mühazirələr vermiş və bu mühazirələri 1952-ci ildə "Yaponiyanın daimi incəsənəti" adı ilə nəşr olunmuşdur.[3] 1952-ci ildə bir sərgi üçün sərgilənəcək yapon incəsənət əsərlərini seçmək üçün yaradılmış komissiyanın üzvü olmuşdur.[3] O, həyatı boyunca Yaponiyanı 20 dəfə ziyarət etmişdir.[3]

Vorner Yaponiya qarşısındakı xidmətlərinə görə II dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[3]

  1. 1 2 3 Swartz A. Langdon Warner // Open Library (ing.). 2007.
  2. Langdon Warner // CONOR.SI.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 Kodansha Encyclopedia of Japan
  4. Foltz, Richard C. Foltz, Religions of the Silk Road: Overland Trade and Cultural Exchange from Antiquity to the Fifteenth Century (New York, NY: St. Martin's Griffin, 1999), 4.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 228. ISBN 0-87011-628-2. İstifadə tarixi: 4 dekabr 2022.