Fransua Leons Verni (fr. François Léonce Verny; 2 dekabr 1837[1][2][…], Obena[d] – 2 may 1908[3][2][…], Obena[d]) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir.[4]
Leons Verni | |
---|---|
fr. Léonce Verny | |
Doğum tarixi | 2 dekabr 1837[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 may 1908[3][2][…] (70 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | mühəndis, hərbi qulluqçu, diplomat, sənayeçi |
Vikianbarda əlaqəli mediafayllar |
Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır.[5]
Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir.[6] Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi.[5]
Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü.[5] Verni Fransanın Yaponiyadakı nümayəndəsi və qohumu olan Leon Roş tərəfindən tövsiyə olunmuşdur. Verni illik 10 min dollarlıq maaaşı qəbul edərək 1865-ci ilin sentyabrında Yaponiyaya gəlmişdir. O, Yokosukada hökumət tərsanəsinin tikintisində iştirak edəcək personalı və lazım olan avadanlıqları seçmək üçün Fransaya yollanmış, 1866-cı ilin iyununda Yaponiyaya qayıdanda özü ilə həkim, mühəndis və Brest, Tulon, Şerbur kimi Fransa tərsanələrindən 42 işçi gətirmişdir.[7] Tokuqava şoqunluğunun 1868-ci ildə devrilməsindən öncə Verni Yokohamada kiçik tökməxana açdırmış, Naqasakidə yerləşən kiçik tərsanəni böyütmüş və Yokosukada yeni tərsanənin tikintisi üçün yer seçmişdir.[4]
Meyci hökumətinin hakimiyyətə gəlməsindən sonra Verni ilə əməkdaşlığa davam edilmişdir. Verninin rəhbərliyi altında 1870-ci ilə qədər Kannonzaki, Nocimazaki, Coqaşima və Şinaqavada dörd dəniz fənəri tikilmişdir. 1872-ci ilin yanvarında İmperator Meycinin iştirakı ilə Yokosuka dəniz arsenalının açılışı baş tutmuşdur.[4]
Verni Yokosukadakı tərsanədə Koşa adlı texniki məktəb qurmuş, yaponlara Qərb memarlığı və sənaye texnikaları, eləcə də, metrik sistem barədə dərslər demişdir. Bu məktəb 1865–1907-ci illərdə 300-dən çox mühəndis və texnik yetişdirmişdir.[5]
1876-cı ildə Verni Fransaya qayıtsa da, Yaponiya hökuməti üçün fransız mühəndislərinin tapılmasında və avadanlıqların alınmasında kömək etməyə davam etmişdir.[4] O, Yaponiya karyerası ərzində 5 gəmi tikdirmiş və 263 gəmi (101 xarici, 162 yapon gəmi) təmir etdirmişdir.[7]