Leptodirus hochenwartii (lat. Leptodirus hochenwartii) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin leiodidae fəsiləsinin leptodirus cinsinə aid heyvan növü. Avropanın endemik canlısı. İlk aşkarlanan troglobiont böcək növüdür. Növün aşkarlanması ilə üstəlik biospeleologiyanın əsasını qoymuşdur.
Leptodirus hochenwartii | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Leptodirus hochenwartii |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Uzunluqları 1 sm-dir. Bığcıqları uzun və ensizdir. Ayaqları çox uzun olması, onların tez hərəkət etməsinə imkan verir. Qanad üzlükləri güçlü, yarısferik, tamamilə qarını belə əhatə edə bilir. Bu isə ona fizoqrafik görünüş verir. Triqlobiontlar Cənubi-Şərqi Avropada, karst mağaralarında yayılmışdır (Dinar dağları: Sloveniya və Xorvatiya). Əsasən iri və sərin mağaralarda yaşayırlar. Burada havanın temperaturu 12 °C-dən yuxarı olmur.
Leptodirus hochenwartii böcəyi ilk dəfə 1831-ci ildə mayak köməkçisi Luka Čeč tərəfindən aşkarlanmışdır. O, Postoyska-yama mağaraları sistemini (sloven. Postojnska jama; alm. Adelsberger Grotte) araşdırarkən böçəyi tapmışdır. O, böcəyi qraf Frans fon Hoenvarta verir. Ancaq Hoenvart onun təsnifatını müəyyən edə və təsnif edə bilmədiyindən bunu etmək üçün Lyublyanandan olan sloven naturalist Ferdinat Cozef Şmidtə (1791–1878) müraciət edir. Şmidt alınmış nümünəni elm üçün yeni bir növ olmasını müəyyən edir və bu haqda "Illyrisches Blatt" (1832) məqaləsində qeyd edir. Məqalədə elmi cəhətdən formalda olsa ilk dəfə mağara heyvanlarının təsvirini təqdim edilir. Şmidt tərəfindən aparılan sonrakı araşdırmalar elmə məlum olmayan və yeni aşkarlanan növlərin müəyyənləşdirməsinə imkan verdi. Bu biologlar arasında əhəmiyyətli dərəcədə maraq doğuran hadisə idi. Buna görədə Leptodirus hochenwartiinin kəşfi biospeleologiyanın başlanğıc nöqtəsi hesab edilir.
Leptodirus hochenwartii Lyublyanada Sloveniya Milli Muzeyinin təşkilatçısı, naturalist, etnomoloq və qraf Frans fon Hoenvartın şərəfinə adlandırılmışdır.
L. hochenwartii 6 yarımnövə bölünür:
Məhdud ərazidə yayılması və aşağı artım tempinə görə L. hochenwartii, bəzi mağaralarda hətta yüksək sıxlığına baxmayaraq, nadir və nəsli kəsilməkdə olan bir növ sayılır. Buna görə də L. hochenwartii nəsli kəsilməkdə olan bir növ olaraq Sloveniuyanın Qırmızı kitabına daxil edilmişdir.