Leroy Lansinq Ceyns

Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu.

Leroy Lansinq Ceyns
Doğum tarixi 1838
Doğum yeri
Vəfat tarixi 1909
Vətəndaşlığı
Təhsili
  • ABŞ Hərbi Akademiyası[d]
Fəaliyyəti missioner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri[redaktə | mənbəni redaktə et]

Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir.[1]

Yaponiyada fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir.[1] O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir.[1] Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir.[1] O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir.[1] Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır.[1] O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur.[1]

Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir.[1] Çünki o düşünür ki, tələbələrinin xristianlıq ilə Qərb elmləri arasındakı əlaqəni yaxşı başa düşmələri üçün ingilis dilini yaxşı bilməlidirlər.[1] Onun təsiri altında 35 tələbəsi xristianlığı qəbul edərək Kumamoto bandası adı ilə tanınmışdır.[1] Onların arasında Ebina DancoUkita Kazutami təhsil və siyasət sahələri üzrə xristian liderlər olmuşdurlar.[1] Kumamotodakı mühafizəkar qüvvələrin təqibi səbəbilə 1876-cı ilin avqustunda məktəb bağlanmış, Kumamoto bandasının üzvləri Kioto şəhərində yerləşən Doşişa məktəbinə keçmişdirlər.[1]

Ceyns bir müddət Osaka ingilis məktəbində dərslər verdikdən sonra 1877-ci ildə ABŞ-yə qayıtmışdır.[1] 1893-cü ildə Kioto şəhərində yerləşən Üçüncü liseyə dəvət olunmuşdur.[1] Burada 2 il dərs vermişdir.[1] 1909-cu ildə Kaliforniya ştatında ölmüşdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 2. ISBN 0-87011-624-7. İstifadə tarixi: 13 avqust 2022.