Lester Universiteti (ing: University of Leicester) — İngiltərənin Lester şəhərində ictimai tədqiqat universiteti.
Lester Universiteti | |
---|---|
University of Leicester | |
52°37′17″ şm. e. 1°07′28″ q. u.HGYO | |
Əsası qoyulub | 1921 |
Tələbə sayı | 17.825 |
Ölkə | |
Sayt |
le.ac.uk le.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 1921-ci ildə Lester və Rutland Universitet Kolleci kimi təsis edilmişdir.
Universitet üçün torpaq, Birinci Dünya Müharibəsində həyatını itirənlər üçün canlı xatirə yaratmaq üçün yerli iş adamı Tomas Fieldinq Conson tərəfindən bağışlanıb.
Kollecə ilk qəbul 1921-ci ildə oldu.
1957-ci ildə Universitet Kollecinə kral nizamnaməsi verildi və o vaxtdan bəri öz dərəcələrini vermək hüququ olan universitet statusuna sahibdir. Percy Gee Tələbə İttifaqının binası 9 may 1958-ci ildə Kraliça II Elizabet tərəfindən açılmışdır.[2]
Tibb Məktəbi 1971-ci ildə açılmışdır.
1994-cü ildə Lester Universiteti Fizika və Astronomiya sahəsindəki işinə görə Kraliçanın Yubiley Mükafatını qazanmışdır.[3]
Lester Universiteti Genetik barmaq izinin kəşfi və Kral III Riçardın qalıqlarının tapılması ilə məşhurdur.
Universitet aparıcı tədqiqat universiteti kimi özünü təsdiqlədi və 2008-ci ildə Times Higher Education tərəfindən İlin Universiteti seçildi.[4] Lester Universiteti 7 il dalbadal Times Higher Education Mükafatını qazanan yeganə universitetdir.
2016-cı ildə universitet The Complete University Guide jurnalında 24-cü, The Guardian jurnalında isə 32-ci yerdə qərarlaşıb.
2012-ci ildə QS World University Rankings jurnalının reytinqində Lester Universiteti Böyük Britaniyada səkkizinci yer tutdu.[5]
Əsas kampusu şəhər mərkəzindən cənubda, Viktoriya Parkının yanında yerləşir.
Universitetin akademik məktəbləri və şöbələri kolleclər şəklində təşkil edilmişdir.
Kollecin akademik məktəbləri:[6]
Kollec aşağıdakı şöbələrdən ibarətdir:[7]
Kollecin 10 məktəbi var:
Universitetin kitabxanası ölkənin ən böyük yerli tarix kolleksiyalarından birinə malikdir.
Kitabxanada həmçinin Müasir ədəbiyyat arxivləri var.