Letoon

Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır.[1]

Letoon
36°19′55″ şm. e. 29°17′23″ ş. u.HGYO
Alternativ adı Letum
Yer Kumluova, Muğla ili, Türkiyə
Region Likiya
Tip Ziyarətgah
Hissəsi Ksantos
Tarix
Əsası qoyulub E.ə. 6-cı əsrin sonları
Tərk edilib B.e. 7-ci əsri
Yer qeydləri
Rəsmi adı: Xanthos-Letoon
TipiMədəni
Kriteriyaii, iii
Letoon xəritədə
Letoon
Letoon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi.[2]

Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır.

Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir. Belə ki, o, Likiya sahil şəhəri Pataranı mühasirəyə alaraq müqəddəs meşədəki ağacları öz məqsədləri üçün kəsməyi planlaşdırsa da, gördüyü kabusda bu hərəkətinə qarşı ona xəbərdarlıq edilibmiş.[3]

Xiyarətgah Roma dövründə də aktiv qalmışdır. Obyekt eramızın yeddinci əsrində tərk edilmiş və ərazidə erkən xristian kilsəsinin inşası ilə bölgə xristianlaşdırılmışdır.

Letoya və onun övladları ArtemidaApollona həsr olunmuş yunan məbədinin təməlləri 1962-ci ildə fransız arxeoloq H. Metzgerin rəhbərliyi altında aparılan qazıntı işləri zamanı aşkarlanmışdır.[4] Arxeoloqlar dağıntıların çoxunu qazmışdırlar. Tapıntılar arasında ən çox yunan, likiyaarami dillərində yazılmış kitabə maraq doğurur. Bu tapıntı likiya dilinin deşifrə edilməsində həlledici rol oynamışdır. Kitabə hal-hazırda Fəthiye muzeyində qorunur.

Əraziyə (Kumluova bələdiyyəsi tərəfindən idarə edilir) şimaldan Fəthiyə (yol ilə 1 saat) və ya cənub-şərqdən Kalkan limanlarından (45 dəqiqə) asanlıqla çatmaq mümkündür. Bölgəyə ən yaxın otellər Patara şəhərindədir.

  1. Strabo, xiv.2.2 and 3.6.
  2. Lycian Turkey Arxivləşdirilib 2007-04-19 at the Wayback Machine.
  3. Appian, Mithridates, 27, noted by T. R. Bryce, "The Arrival of the Goddess Leto in Lycia", Historia: Zeitschrift für Alte Geschichte, 321 (1983:1-13). p. 3 and note 9.
  4. H. Metzger, "Fouilles du Létôon de Xanthe (1962-65)" Revue archéologique (1966).