Levon Mnatsakanyan (erm. Լեւոն Մնացականյան; 14 sentyabr 1955, Stepanakert) — Ermənistan siyasətçisi, Qondarma DQR-nin keçmiş Müdafiə naziri.
Levon Mnatsakanyan | |
---|---|
erm. Լյովա Հենրիխի Մնացականյան | |
| |
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d] | |
15 iyun 2015 – 14 dekabr 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1955 (69 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, hərbi qulluqçu |
Hərbi xidmət | |
Qoşun növü | quru qoşunları |
Döyüşlər | |
Rütbəsi | general-leytenant |
|
|
Təltifləri |
29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır.[1]
Levon Mnatsakanyan 1965-ci ildə Xankəndi şəhərində erməni ailəsində anadan olmuşdur. Mnatsakanyan hərbi xidmətə 1983-cü ildə Sovet Ordusuna qoşulmuş, Belorusiya Hərbi Dairəsində xidmət etmişdir. 1989-cu ildə Karl Marks adına Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda ordu quruculuğunda rol oynamış, Qondarma DQR Müdafiə Ordusunda və Ermənistan Silahlı Qüvvələrində artilleriya bölmələrində xidmət etmişdir. O, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. Həmin ilin sonunda Qarabağa qayıdıb müdafiə ordusu komandirinin müavini olmuşdur.
Levon Mnatsakanyan 2015-ci ildə prezident Bako Saakyan tərəfindən müdafiə naziri təyin edilmişdir. 2018-ci ilin dekabrında vəzifəsindən azad edilmişdir. O, daha sonra Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir.[2] O, 2019-cu ilin iyununda vəzifəsindən azad edilmiş və Qondarma DQR polisinin rəisi təyin olunmuşdur.[3][4] Hazırda evlidir və üç oğlu var.[5][6]
2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin sonuna yaxın, Şuşa döyüşü zamanı Mnatsakanyan yaxınlıqdakı Şuşakənddə yerləşdirilmiş erməni qoşunlarına komandanlıq etmişdir.[7]
29 sentyabr 2023-cü ildə Arşavir Qaramyan ilə birlikdə Qarabağdan Ermənistana gedərkən Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılmışdır.[8]