Leyla Qurbanova (31 oktyabr 1998) — Azərbaycanı təmsil edən güləşçi.
Leyla Qurbanova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Leyla Qurbanova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Güləş |
Leyla Qurbanova 1998-ci il oktyabrın 31-də anadan olub.
Leyla Qurbanova 2014-cü ildə Bolqarıstanda baş tutan gənclər arasında Avropa Çempionatının qalibi olub.
Leyla Qurbanova 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Leyla Qurbanova qrup mərhələsinin birinci görüşündə Kanada nümayəndəsi Tianna Kennett ilə üz-üzə gəldi.[1][2] Həmin görüşdə Leyla Qurbanova rəqibinə 8:0 hesabı ilə qalib gəldi.[2] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Olena Kremzer oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Leyla Qurbanova qalib gəldi — 2:1.[2] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Salvador nümayəndəsi Mayra Apariho oldu.[2] Bu görüşdə də qalib gələn tərəf Leyla Qurbanova oldu — 5:0.[2] Bununla da Leyla Qurbanova qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Mayu Muhaida oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Qurbanova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2][3][4]