Leyvey

Leyvey (isl. Laufey; 23 aprel 1999[3], Reykyavik, İslandiya[4]) — Çin əsilli İslandiya müğənnisi. O, 2020-ci illərdə yayımladığı ingilis dilli caz-pop janrındakı mahnılarına görə tanınır.

Leyvey
Leyvey 2023-cü ildə
Leyvey 2023-cü ildə
Ümumi məlumatlar
Doğum adı Laufey Lín Bing Jónsdóttir / 林冰[1][2]
Doğum tarixi 23 aprel 1999(1999-04-23)[3] (25 yaş)
Doğum yeri
Vətəndaşlığı İslandiya İslandiya
Çin ÇXR
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, pianoçu, violonçelçi[d], gitaraçı
Fəaliyyət illəri 2020-ci ildən
Təhsili
  • Berkli Musiqi Kolleci[d] (–2021)
laufeymusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyvey 15 yaşında İslandiya Simfonik Orkestrinin tərkibində violonçel çalmışdır. O, 2014-cü ildə "Iceland's Got Talent" müsabiqəsinin finalçısı və 2015-ci ildə "The Voice Iceland"ın yarımfinalçısı olub. 2021-ci ildə o, Bostondakı Berkli Musiqi Kollecini başa vurub. 2022-ci ildə debüt studiya albomu olan "Everything I Know About Love"-ni çıxarıb, hansı ki, ABŞ və İslandiya hit-paradlarına düşüb. O, 2022-ci ildə özünün sayca ikinci studiya albomu olan "Bewitched"-i yayımlayıb. Sözügedən alboma görə Leyvey "Ən yaxşı pop vokal albomu" kateqoriyasında "Qremmi" mükafatı qazanıb. Bu albomdan sinql kimi buraxılan "From the Start" mahnısı Kanada, Yeni ZelandiyaABŞ musiqi hit-paradlarına düşərək müsbət nəticə göstərib.

Leyvey Lin Binq Yonsdottir 23 aprel 1999-cu ildə İslandiyanın paytaxtı Reykyavikdə anadan olub. Atası island, anası Quançjoudan olan çinlidir.[5] Onun anası skripka çalır və babası Lin Yaoji Çindəki musiqi konservatoriyasında skripkaçılıq üzrə dərs deyirdi ki, bu da onun musiqiyə olan sevgisinə təsir edib.[6] Leyveyin özü kimi skripkaçı olan və yaradıcılığında kömək edən Cunia Lin Yonsdottir adlı əkiz bacısı var.[7] Leyvey, iki il müddətinə ABŞ-nin Vaşinqton şəhərində yaşamışdır. 2008-ci ildə o, yenidən doğma şəhəri Reykyavikə qayıtmış və təhsilinə Háteigsskoli məktəbində davam etmişdir.[8] Leyvey dörd yaşında piano, səkkiz yaşında isə violonçel dərsləri almışdır. 2018-ci ildə o, Reykyavik Musiqi Kollecindən məzun olnuşdur və eyni zamanda orada müğənnilik təhsili də alırdı.[9] O, Reykyavik və Vaşinqtonda böyümüş, həmçinin uşaq yaşlarıda bir neçə dəfə Çinin paytaxtı Pekinə səyahət etmişdir.[10]

Leyvey 15 yaşında olarkən İslandiya Simfonik Orkestrində solist kimi violonçel ifa edirdi. O, 2014-cü ildə "Ísland Got Talent" istedad müsabiqəsində iştirak etmiş və yarışmanın finalına qədər yüksəlmişdir. Növbəti il o, "The Voice Iceland" mahnı müsabiqəsinə qatılaraq yarımfinala kimi çatmışdır. O, həmin müsabiqə tarixində indiyədək iştirak etmiş ən gənc mübarizəçi idi.

Leyvey 2021-ci ildə Berkli Musiqi Kollecini fərqlənmə ilə başa vurmuşdur. O, kollecdən prezident təqaüdü də qazanıb. Leyvey 2023-cü ildən etibarən Los-Anceles şəhərində yaşayır.[11]

Studiya albomları

Canlı albomlar

Mini-albomlar (EP)

  • Typical of Me (2021)
  • The Reykjavík Sessions (2022)
  • A Very Laufey Holiday! (2022)
  • Christmas with You (Norah Jones ilə)
  1. Judkis, Maura. "Chinese-Icelandic jazz singer Laufey wants Gen Z to fall in love". Washington Post. 14 September 2023. İstifadə tarixi: 26 January 2024.
  2. "24歲中國冰島混血女歌手林冰獲葛萊美獎" [24-year-old Chinese-Icelandic female singer Lin Bing [Laufey] wins Grammy Award] (çin). World Journal. 5 February 2024. 29 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2024.
  3. 1 2 https://www.ismus.is/i/person/uid-850be820-9dfb-4e7d-b374-a5d76c4a055d.
  4. 1 2 AllMusic (ing.). 1991.
  5. Ugalde, Jacob. "Interview: Laufey and the beauty of making it up as you go". From the Intercom (English). 30 Apr 2021. 27 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
  6. "林耀基中國音樂基金 - Lin Yao Ji Music Foundation of China". linyaoji.com. 30 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-30.
  7. Halbert, Mosha Lündstrom. "Laufey Is the Viral Icelandic Prodigy Bringing Jazz to Gen Z". Vogue. 7 September 2023. 25 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2023. This gamine persona belies a business savvy aided by her partnership with her creative director: twin sister (and accomplished violinist) Junia Lin Jónsdóttir.
  8. Ruskin, John. "Nardwuar vs. Laufey". Nardwuar. 24 October 2023. 21 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2023.
  9. "Á forsetastyrk til Berklee". www.mbl.is (island). 19 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
  10. Mok, Laramie. "Meet Laufey, the Icelandic-Chinese Gen Z musical talent: from her record-breaking debut album Bewitched to her love of Chanel and fashion, to her upcoming Hong Kong concerts at KITEC – interview". South China Morning Post. 19 September 2023. 6 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2024.
  11. Geraghty, Hollie. "Laufey is here to stay". NME (ingilis). 28 August 2023. 19 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]