Liana Zimbler (alm. Liane Zimbler; 31 may 1892[1][2][…] – 11 noyabr 1987[1][2][…], Los-Anceles, Kaliforniya[1][3]) — Avropada memarlıq diplomu alan ilk qadın avstriyalı memar.
Liana Zimbler | |
---|---|
alm. Liane Zimbler | |
Doğum tarixi | 31 may 1892[1][2][…] |
Vəfat tarixi | 11 noyabr 1987[1][2][…] (95 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | memar, interior designer[d] |
1938-ci ildə ABŞ-yə mühacirət edənə qədər Vyanada bizneslə məşğul olan Liana orada interyer dizayneri olub.[4][5]
Vyana İncəsənət Məktəbində oxuyan Liana, burada əvvəlcə qrafika, sonra isə memarlıq üzrə təhsil alıb. Hələ təhsil alarkən Emili Flögenin salonunda illüstrator və dizayner kimi işləməyə başlayıb. 1916-cı ildə vəkil Otto Zimbler ilə evlənən Liananın bu evlilikdən Eva adlı bir qızı dünyaya gəlib. Elə həmin il Liana Vyanada Bamberger mebel fabrikində çalışmağa başlayıb. Birinci Dünya müharibəsi bitməzdən əvvəl Rosenberq dizayn studiyasında memar olan Zimbler 1920-ci illərin əvvəllərində emal, yenidənqurma və daxili bəzək işlərində ixtisaslaşan öz firmasını qurub. 1928-ci ilə qədər, biznesi nəticəsində Zimbler Praqada ortağı Anni Herrnheyser tərəfindən idarə olunan ikinci studiyasını aça bilib.[5] Həmçinin Vyanada mühazirələr deyən Liana işləyən qadınlara dəstək üçün müxtəlif təşkilatlara da üzv olub.[4] O, memarlıq üslubunda tək otaqlı mənzil və studiyaları ilə tanınınırdı. Vyanada tanınmış layihələr arasında Silberqasse-də bir villa, Efrussi bankının yenidən qurulması və bir neçə layihələri də var. Liana Zimbler həmçinin Beynəlxalq Mənzil Cəmiyyətinin Avstriya Şurasının sədri vəzifəsində çalışıb.[6]
1938-ci ilin fevralında Zimbler Avstriyada mülki memar kimi lisenziya alan ilk qadın oldu. Həyat yoldaşı Otto Zimblerin təsirli əlaqələri sayəsində ailə mart ayında Alman Anşlussunda Hollandiya və Londona səyahət edə bildi. Həmin ilin payızında onlar ABŞ-yə mühacirət ediblər. Filosof Henrix Qomperzin həyat yoldaşı Ada Qomperzin yardımı ilə Zimblerlər Los-Ancelesdə məskunlaşaraq, burada Liana Anita Turun ofisində interyer dizayneri vəzifəsində çalışıblar. Əri avtomobil qəzasında vəfat etdikdən və Anita Turun özü vəfat etdikdən sonra Zimbler 1941-ci ildə şirkəti təhvil alaraq yenidən dizayn layihələrinə yönəlib. O, həmçinin bir sıra yeni binaların layihələndirilməsində və müntəzəm olaraq sərgilərdə iştirak edib, [5] memarlıq və dizayn dövri nəşrləri, həmçinin Los Angeles Times da daxil olmaqla qəzetlər üçün interyer dizaynı mövzusunda məqalələr də yazıb. 1958-ci ildə tələbəsi kimi onunla çalışan qızı Eva sonradan onun ortağı olub. 86 yaşında insult keçirsə də, 90 yaşına qədər işləməyə davam edən Liana 1987-ci ilin noyabrında 95 yaşında Los-Ancelesdə vəfat edib.
Liana Zimbler Amerika Daxili Dizayn İnstitutunun və Memarlıqda Qadınlar Assosiasiyasının üzvü olub.[6]