Ligustrum vulgare var. chlorocarpum

Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.

Adi birgöz
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ligustrum album Gueldenst. ex Ledeb.
  • Ligustrum angustifolium Gilib. [Invalid]
  • Ligustrum decipiens Gand.
  • Ligustrum insulare Decne.
  • Ligustrum insulense Decne.
  • Ligustrum italicum Mill.
  • Ligustrum lodense Glogau
  • Ligustrum oviforme Gand.
  • Ligustrum sempervirens Mazziari [Invalid]
  • Ligustrum vicinum Gand.
    • Ligustrum vulgare var. atrovirens Hoefker
    • Ligustrum vulgare var. aureum Hoefker
    • Ligustrum vulgare var. auriflorum Hoefker
    • Ligustrum vulgare var. chlorocarpum Hoefker
    • Ligustrum vulgare var. coombei P.D.Sell
    • Ligustrum vulgare var. glaucum Hoefker
    • Ligustrum vulgare var. insulense (Decne.) Hoefker
    • Ligustrum vulgare subsp. italicum (Mill.) Fukarek
    • Ligustrum vulgare var. italicum (Mill.) Vahl
    • Ligustrum vulgare var. laurifolium Hoefker
    • Ligustrum vulgare var. macrophyllum Murr
    • Ligustrum vulgare var. pendulum (Carrière) Hoefker
    • Ligustrum vulgare f. pendulum (Carrière) Dippel
    • Ligustrum vulgare var. pyramidale Hoefker
    • Ligustrum vulgare var. variegatum Hoefker
    • Ligustrum vulgare var. xanthocarpum Loudon
    • Ligustrum vulgare f. xanthocarpum (Loudon) P.D.Sell
  • Olea humilis Salisb. [Illegitimate][2]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Mərkəzi və Cənubi Avropa, Rusiya, Qafqaz, İran, Şimali Afrika, Kiçik Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü və çətirinin diametri 2-5 m, çətiri seyrək, şaxələnmişdir. Yarpaqları həmişəyaşıl və ya tökülən, yumurtavaridən neştərvariyədək dəyişir, uzunluğu 4-6 sm, eni 2 sm, tünd yaşıldır. İyun-iyulda çiçəkləyir, ağ, xırda çiçəkləri çox ətirli, uzunluğu 8 sm-dək olan süpürgələrə yığılmışdır. Meyvələri yumru, qara, parlaq, diametri 0,8 sm, zəhərlidir. Cavan yaşda illik boy artımı 25 sm-ə çatır, budanmanı yaxşı keçirir. 50 ilədək yaşayır.

İşıqsevəndir, yüngül kölgələnməyə dözür. Məhsuldar torpaqlara üstünlük verir, az şoranlığa və əhəngli torpaqlara dözür. Quraqlığa, küləyə davamlıdır. İstisevəndir, qışda dona bilər, ancaq asanlıqla bərpa olur. Şəhər şəraitinə, tüstüyə, qaza davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyuk və Kicik Qafqazda təbii halda yayılmışdır.

Dekorativdir. Budanmış formaları çiçəkləmə dövründə şəhər yaşıllaşdırılması üçün yararlıdır. Tək bitki kimi istifadə edilə bilər.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 7.
  2. Adi birgöz:''The Plant List saytında takson barədə məlumat. (ing.)