Limitləyici amillər qanunu

Libixin çəlləyi

Limitləyici (məhdudlaşdırıcı) amillər qanunu — ekologiyanın fundamental qanunlarından biri.

Qanunun kəşfi

[redaktə | mənbəni redaktə et]

Üzvi kimyaçı, aqrokimyanın banilərindən biri Y.Libix (1803–1873) bitkilərin 1840-cı ildə mineral qidalanma nəzəriyyəsini irəli sürmüşdür. O, müəyyən etmişdir ki, bitkilərin inkişafı kifayət qədər olan kimyəvi elementmaddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan elementmaddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix "minimum" qanununu formalaşdırmışdır.

Qanunun əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]
Y.Libix

Qanuna görə, optimal kəmiyyətindən daha çox kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir. Ona görə də, ekoloji şəraiti proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən, orqanizmin həyatındakı ən zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır. Başqa zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər. Öz həyatı ərzində canlı orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici amillərə məruz qalır.

Qanunun tətbiqi

[redaktə | mənbəni redaktə et]

Qanun kənd təsərrüfatı praktikasında daim nəzərə alınır. Almaniyalı kimyaçı Yustus Libix müəyyən etdi ki, mədəni bitkilərin məhsuldarlığı ilk növbədə torpaqda ən az miqdarda olan qidalandırıcı maddələrdən (mineral elementlər) asılıdır. Məsələn, torpaqda fosforun miqdarı tələb olunan miqdarın 20%-i qədər, kalsium isə normanın 50%-i qədər olarsa, fosfor çatışmazlığı limitləyici amil olacaqdır. Bu halda torpağa ilk növbədə fosfor tərkibli gübrələr verilməlidir. Suyun və ya azotun izafi miqdarda olması dəmir çatışmazlığını əvəz etmir. Bu qanuna görə minimal miqdarda olan maddələri artırmaq lazımdır. Məsələn, məlumdur ki, insanın sağlamlığı orqanizmdə çox cüzi olan səciyyəvi maddələrlə müəyyən olunur. Əgər bu maddələrin miqdarı minimum həddən az olarsa, insan vitamin və ya mikroelementlər qəbul etməklə bu çatışmazlığı aradan qaldırmalıdır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ümumi Ekologiya — Azərbaycan Coğrafiya Cəmiyyəti