Linor Abarqil (ivr. לינור אברג'יל; 17 fevral 1980, Netanya, Mərkəz dairəsi) — İsrailli hüquqşünas, aktyor, model, gözəllik kraliçası. Cinsi zorakılığa məruz qaldıqdan sonra 1988-ci ildə Miss Dünya ünvanını qazanmışdır,[1]. Hal-hazırda dünya miqyasında cinsi zorakılıqla mübarizə aparan vəkil olaraq fəaliyyət göstərir[2].
Linor Abarqil | |
---|---|
(ivr. לינור אברג'יל) (Linor Aberjil) | |
| |
Doğum tarixi | 17 fevral 1980 (44 yaş) |
Doğum yeri |
|
Milliyyəti | Yəhudi |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
Sarunas Jasikevicius (2006–2008) Oren Halfon (2010–indiyə qədər) |
Fəaliyyəti | Model, hüquqşunas, aktyor |
Boyu | 1.79 m (5 ft 10 1⁄2 düym) |
Mükafatları |
Miss İsrail 1998 Miss Dünya 1998 (Qalib) Miss Dünya Avropa |
IMDb | ID4721936 |
Vikianbarda əlaqəli mediafayllar |
Aliza və Ceki Abarqilin ən böyük övladı Linoq Abarqil 17 fevral 1980-ci ildə İsrailin Netanya şəhərində anadan olmuşdur[3]. Ailəsi Mərakeş-Yəhudi nəslindəndir.
Miss Dünya mükafatını almağına 7 həftə qalan 18 yaşlı Abarqil Milanda olarkən səyahət agenti Uri Şlomo Nur tərəfindən bıçaq təhdidi altında cinsi təcavüzə məruz qaldı[4]. O, ilk olaraq Şlomo Nuru İtaliyada məhkəməyə versə də, Nur burada dəlil azlığından sərbəst buraxılır. Linor daha sonra onu İsrail hökumətinə bildirir və İsrailli səlahiyyətlilər onun ekstradisiyasına və həbsinə qərar verirlər. Maşından tapılan dəlillərin DNT testinə verilməsindən sonra cinayət sübut olunur və Uri Şlomo Nur 16 il azadlıqdan məhrum edildi[5][6]. Abarqil başına gələnlərin və onun necə mübarizə aparmasının bütün qadınlar tərəfindən izlənilməsini və cinsi zorakılığa məruz qalan hər bir qadının bunu polisə bildirməsini istədi[7][8]
.
2013-cü ildə Linor Aborqilin təcavüzü və ondan sonra məsələylə bağlı apardığı mübarizəni əks etdirən sənədli film Cəsur Miss Dünya nümayiş olundu. Film Qreqori Pekin qızı Cecilia Pek tərəfindən hazırlanmışdır.
Linor Abarqil litvalı basketbolçu Sarunas Jasikevicius ilə 2006-cı ilin iyul ayında Barselona yaxınlığında evləndi[9]. 2008-ci ildə boşandılar[5][10]. 2010-cu ildə Abarqil menecer Oren Halfon ilə evləndi və ortodoks yəhudiliyini qəbul etdi. 2012-ci ildə əkizlər (bir oğlu və bir qızı), 2013-cü ildə isə bir qız dünyaya gətirdi[11][12]. O, bu müddətdə Netanya Akademik Kollecində hüquq təhsili aldı və İsrail Məhkəməsinə qəbul edildi[13].