Litologiya

Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır[1].

Litologiya çöküntülərin, çökmə süxurların mənşəyi, tərkibi, quruluşu və yer kürəsində paylanmasının əsas qanunauyğunluqlarını tədqiq edir. Müasir litologiya stratiqrafiya, tektonika, paleocoğrafiya, geokimya, paleontologiya, iqlimşünaslıq, biologiya, riyaziyyat və s. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. Litologiyanın başlıca metodu petroqrafik, mineraloji, kimyəvi, fasial və formasiya analizi, habelə müqayisəli-litoloji metoddur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Литология Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine в БРЭ.
  2. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı ensiklopedik coğrafiya terminləri lüğəti. Bakı: Təhsil, 2005.