Litva holokostu - Nasistlər tərəfindən işğal edilən litvada, litva yəhudilərinin (Litvaks)[a] bütövlükdə məhv edilməsi və Nasistlər tərəfindən idarə edilən Litva Sovet Sosialist Respublikasında yerləşən Reyxskomissariat Ostalnd ərazisində yerləşdirilməsidir. Ümumilikdə 208,000-210,000 yəhudinin təxminən 190,000–195,000 nəfəri İkinci dünya müharibəsinin bitməsindən öncə qətlə yetirilmişdir ki, bunlarında böyük bir qismi 1941-ci ilin iyun-dekabr ayları arasında baş vermişdir. Litvada yaşayan 95%-dan artıq yəhudilər 3 illik alman işğalı nəticəsində qırğına düçar olmuşdur. Tarixçilər bunu qeyri-yəhudi olan yerli hərbiçilərin birgə əməkdaşlığı ilə nəticələnmiş soyqırımın rəmzi kimi təyin edirlər baxmayaraq ki, bu əməkdaşlığın səbəbləri bu günə kimi mübahisələr doğurur.[1][2][3][4]
Holokost, Litvanın bu qısa tarixində görünməmiş ən böyük insan itkisi ilə nəticələndi.[4]
Hadisələr Üçüncü Reyx tərəfindən işğal edilmiş SSRİ-nin qərb sərhədlərinin elə ilk həftəsində baş vermiş, həmçinin Litvada və digər ərazilərdə Holokostun qüvvətləndirilməsi xəritədə öz əksini tapmışdır.[5][6][7][b]
↑Matthäus, Jürgen. Operation Barbarossa and the onset of the Holocaust // Christopher R. Browning (redaktor). The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy, September 1939–March 1942. University of Nebraska Press. 2007. 244–294. ISBN0-8032-5979-4.