Liviya inqilabı (1969)

Liviya inqilabı (1969). Əl-Fateh inqlabı1 sentyabr 1969-cu ildə Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı tərəfindən Liviyada edilmiş hərbi çevriliş. Liviyanın kralı I İdris inqilab zamanı Türkiyədə müalicə alırdı və bir sıra qərb dövlətlərinin onun hökümətini dəstəkləməsinə baxmayaraq o, heç cür inqlabı dəyandıra bilmədi. Çevrilişin nəticəsində Liviya Krallığı aradan qaldırıldı və yerinə Liviya Ərəb Respublikası yarandı, həm də ölkənin xarici siyasəti radikal dəyişikliyə uğradı və daha çox pan-arabizməanti-imperializmə dəstək verildi.

Liviya inqilabı (1969)
Müəmmər əl-Qəzzafi 1969-cu ildə keçirilmiş ərəb sammitində, sentyabr revolyusiyasından sonra. Qəzzafi hərbi geyimdə ortada oturub, yanında Misir prezidenti Camal Əbdül Nasir (solda) və Suriya prezidenti Nureddin el Atasi (sağda) oturub, 1969-cu il
Müəmmər əl-Qəzzafi 1969-cu ildə keçirilmiş ərəb sammitində, sentyabr revolyusiyasından sonra. Qəzzafi hərbi geyimdə ortada oturub, yanında Misir prezidenti Camal Əbdül Nasir (solda) və Suriya prezidenti Nureddin el Atasi (sağda) oturub, 1969-cu il
Yer Liviya
Tarix 1 sentyabr, 1969
Səbəb Korrupsiya, Liviya rəhbərliyinin qərb siyasəti, kral rejimin ümümi zəifliyi
Əsas məqsəd Monarxiyanın devrilməsi
Nəticə Birləşmiş Liviya Krallığı aradan qaldırıldı və yerinə Liviya Ərəb Respublikası yarandı
Hərəkətverici qüvvələr Liviya «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı»
Əleyhdarları

Liviya Krallığı

  • Kirenaiki müdafiə gücü[1]
Həlak olanlar 1 (Təhlükəsizlik qüvvələri tərəfindən)[1]
Yaralananlar 15 (Təhlükəsizlik qüvvələri tərəfindən)[1]

Monarxiya dövründə Liviya

[redaktə | mənbəni redaktə et]

Liviya krallığı müstəqilliyini 1951-ci ildə əldə etdi. Azadlığın alınmasında Kirenaiki əmiri İdiris As-Suensinin böyük rolu vardı, çünki Liviya xalqı məhz onun çevik və bacarıqlı diplomatiyası sayəsində müstəqillik qazandı. Ölkə konstitusiyalı monarxiya rejiminə keçdi, əmir titulu isə kral titulu ilə əvəzləndi. Liviyanın sonuncu kralı I İdris Liviya vətəndaşı kimi Misirdə yaşamış və 1983-cü ildə 93 yaşında orada vəfat etdi.[2]

Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytenant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi. Elə təşkilatın adı da bu şüardan götürüldü. Gənc Qəzzafi panarabist hərəkatının lideri və Misir inqilabının rəhbəri Camal Əbdül Nasirın vurğunu idi və yarım əsr boyunca bütün siyasi həyatını Nasirın ideylarının reallaşmasına sərf edəcəkdi.

Qurultayda qərara alındı ki, gənc zabitlər Liviyada çevriliş edib sosialist cəmiyyəti qurmaq üçün hərtərəfli fəaliyyətə başlasınlar. Bundan başqa qurultay gənc zabitlərin qarşısına bir neçə tələb də qoydu. Zabitlər dini qaydalara riayət etməli, çevrilişin gizliliyini təmin etmək üçün içkidən və qumardan imtina etməli və əyləncə mərkəzlərinə getməməliydilər. Mərkəzi Komitə gənc zabit Muammər Qəzzafiyə xüsusi səlahiyyətlər verdi.

Qurultaydan sonra Qəzzafi ayrı-ayrı qruplar formalaşdırdı. Həmin qrupların heyətini və məqsədlərini ancaq Qəzzafi bilirdi və hər bir qrup digər qrupun fəaliyyətindən xəbərsizdi. Tezliklə hələ dünən kursant olan gənc zabitlər Liviya ordusunun bütün bölmələrində xidmətə başladılar. Onlar hər ay Qəzzafiyə hesabat verir və ondan təlimat alırdılar.[3]

İnqilabi Komandanlıq Şurası

[redaktə | mənbəni redaktə et]

1969-cu il sentyabrın 1-də səhər tezdən Qəddafinin başçılığı ilə, üsyana hazırlıq ərəfəsində yaradılmış, tərkibində 12 zabitin olduğu İnqilabi Komandanlıq Şurasının (İKŞ) rəhbərliyi altın­da silahlı dəstələr eyni vaxtda Benqazi, Tripoli və ölkənin digər şəhərlərinə irəliləməyə başladılar. Onlar tez bir zamanda əsas dövlət və hərbi obyektlər üzərində nəzarəti ələ keçirdilər. ABŞ bazalarının bütün girişləri əvvəlcədən bağlanılmışdı.

Həmin gün radio ilə çıxış edən Qəzzafi ölkədə monar­xi­ya­nın devrildiyini elan etdi.

Həmin vaxt məlumat verildi ki, ali hakimiyyəti müvəqqəti olaraq İKŞ həyata keçirəcək. Lakin onun say və ad tərkibi uzun müddət bildirilmədi. Həmçinin bu ali hakimiyyət or­qa­nına kimin başçılıq etdiyi də heç kəsə bəlli deyildi. Yalnız çevrilişdən iki həftə sonra 27 yaşlı Müəm-mər Qəzza­­fi rəhbər və İKŞ-nin sədri elan edildi. Eyni za­man­­da ona polkovnik rütbəsi verilməsi xəbəri də yayıldı. İKŞ-nin digər üzvləri isə yalnız 1970-ci il yanvarın 10-da elan olundu[4]

1973-cü ilin aprel ayının 15-də Zuvar şəhərində çıxış edən Qəddafi 5 maddədən ibarət mədəni inqilabın həyata keçiriləcəyini bəyan edir:

  • Monarxiya rejimində qüvvədə olan bütün qanunların ləğv edilərək, şəriətə əsaslanan qanunların qəbulu;
  • Kommunizmkonservatizm repressiyası – siyasi sferada təmizlik (inqilaba qarşı çıxan bütün qüvvələrin – kommunistlər, ateistlər, Müsəlman Qardaşlar, kapitalizmin müdafiəçiləri və qərb təbliğatını həyata keçirən casuslar) fəaliyyətinin ləğvi;
  • İctimai müqavimətin inqilaba dəstək verməsi üçün insanlara silah paylanılması;
  • Bürokratiyanın kökünün kəsilməsi üçün inzibati islahatların keçirilməsi;
  • İslam ideyalarının yayılması[5]
  1. 1 2 3 Cyrenaican Defence Force Arxivləşdirilib 2013-10-08 at the Wayback Machine Leigh Ingram-Seal
  2. "sonuncu monarx".[ölü keçid]
  3. "Təşkillat haqda".[ölü keçid]
  4. "İKŞ". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  5. "Qəzzafinin məqsədləri". 2014-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.