Liya Axecakova (9 iyul 1938[1], Dnepr) — Aktrisa
Liya Axecakova | |
---|---|
Liya Məcid qızı Axecakova | |
Doğum adı | Liya Məcid qızı Axecakova |
Doğum tarixi | |
Doğum yeri | Dnepropetrovsk, Ukrayna |
Atası | Məcid Axecakov |
Anası | Yuliya Axecakova |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1961-ci ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0015253 |
Vikianbarda əlaqəli mediafayllar |
Liya Məcidovna Axedjakova 9 iyul 1938-ci ildə Dnepropetrovsk şəhərində (Ukrayna) anadan olub. Atalığı Məcid Salehoviç Ahedjcakov (1914–2012) baş rejissor, anası Yuliya Aleksandrova Adıgey Dram Teatrının aktrisası olub. "Köhnə nağıllar" filmində Liya atalığı ilə birlikdə rol alıb. Anası uzun illər vərəm xəstəliyindən əziyyət çəkib. 10 yaşında olanda anası və xalası bu xəstəlikdən vəfat edib. Liya Stalina məktub yazaraq yardım istəyib, onun ailəsinə həmin vaxtlar üçün nadir olan yeni dərman preparatı göndərilib. 1956-cı ildə Moskva Əlvan Metal və Qızıl İnstitutuna daxil olub, orada il yarım təhsil alıb. 1962-ci ildə A. V. Lunaçarski adına Teatr İncəsənət İnstituna daxil olub, 1961-ci ildə məzun olub. İlk addımlarını teatr səhnəsində atıb. Ən əlamətdar teatr rollarından biri Roman Viktyukun qoyduğu "Kolombinanın mənzili" tamaşasında oynadığı rollardır. Kinoda debüt rolunu "İnsan axtarıram" filmində oynayıb. Həmin film Varna və Lokarna festivallarında yüksək qiymətləndirilib. 1991-ci ildə Eldar Ryazanovun "Söz verilən cənnət" filmində oynadığı rola görə "Nika" mükafatına layiq görülüb. 1990-cı illərin əvvəlində keçirilən ictimai sorğu nəticələrinə görə, ("Sovet ekranı" jurnalının versiyasına görə) "1991-ci ilin ən yaxşı aktrisası" seçilib. 1994-cü ildə Rusiya Federasiyasının Xalq artisti adını qazanıb. "Söz verilən cənnət" və "Qurbanı təsvir etmək" filmlərində oynadığı ikinci plan rollara görə iki dəfə "Nika" mükafatçısı olub. 2015-ci ildə kinoya verdiyi töhfələrə görə "Nika"nın fəxri mükafatına layiq görülüb. İki dəfə ərdə olub. Övladı yoxdur.