"İşdə məhəbbət macərası" (rus. Служебный роман) — rejissor Eldar Ryazanovun 2 seriyalı lirik komediya filmi. 1977-ci ildə "Mosfilm" kinostudiyasında istehsal olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası ilə 1978-ci il prokatının lideri olub.[2] 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq görülüb.
İşdə məhəbbət macərası | |
---|---|
rus. Служебный роман | |
Janr | Komediya |
Rejissor | Eldar Ryazanov |
Ssenari müəllifləri | |
Baş rollarda |
Alisa Freyndlix Andrey Myaqkov Oleq Basilaşvili Liya Axecakova |
Operator | Vladimir Naxabsev |
Bəstəkar | Andrey Petrov |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 26 oktyabr 1977[1] |
Filmin növü | bədii film |
Müddət | 151 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1977 |
Bölüm sayı | 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | Moskva |
IMDb | ID0076727 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə 1970-ci illərdə Moskvada baş verir. Baş qəhrəmanlar – Anatoli Yefremoviç Novosilsev və Lüdmila Prokofyevna Kaluginadır. Novosilsev tipik işçidir. Onun 2 oğlu var. Arvadı ondan ayrılıb. O, həmişə iş yerinə avtobusla gəlir. Kalugina Anatoli Yefremoviçin çalışdığı iş yerinin direktorudur. Onun "Volqa"sı və şəxsi sürücüsü var. Lakin qadın tək-tənhadır və şəxsi həyatda uğursuzluğa düçar olub. Ona görə də bütün diqqətini yalnız işə yönəldib.
Novosilsevin iş yoldaşı və rəfiqəsi Olqa Petrovna Rıjova ona təkan vermək istəyir ki, şöbənin rəisi olsun. Çünki bu iş yeri hələ ki, boşdur. Olqa Petrovnanın institut illərində görüşdüyü Yuri Samoxvalov gözlənilmədən direktorun müavini vəzifəsinə təyin olunur. Onlar üçü də (Novosilsev, Samoxvalov və Olqa) institutda bir qrupda oxuyublar. Öz dostu ilə görüşən Samaxvalov Novosilsevi vəzifə baxımından irəli çəkməyə çalışır. Lakin onun bütün cəhdləri boşa çıxır.
Lüdmila Prokofyevna olduqca işinə bağlı bir adamdır. Onun başı işə o qədər qarışıb ki, hətta özü barədə düşünməyi də unudub. Lüdmila Prokofyevna Novosilsevdə süstlük və təşəbbüssüzlük müşahidə edir. Lakin insafən demək lazımdır ki, Novosilsevin yaşı indiki vəzifəsi üçün çoxdan keçmişdi. Samoxvalov Novosilsevə ciddi iş xanımını yüngülcə ələ almağı təklif edir. Belə olduğu halda Novosilsev iş yerində irəli vəzifələrə keçə bilərdi. Samoxvalov iş yerindən hamını öz evinə qonaqlığa dəvət edir. Bu qonaqlıq zamanı Novosilsevin bütün cəhdləri boşa çıxır.
Filmin sonrakı gedişində Novosilsev Kaluginanı ələ almaq üçün son cəhdlərini edir. Bu cəhdləri Novosilsev vəzifə xatirinə etsə də, bir gün onda Kaluginaya həqiqi məhəbbət hissləri baş qaldırmağa başlayır. Məhəbbət bu filmin əsasını təşkil edir.
Say | Rusca (orijinal) | Azərbaycanca | Sözlər | İfa | Müddəti |
---|---|---|---|---|---|
1. | Увертюра | Uvertüra | — | Alisa Freyndlix | 4:05 |
2. | Танец воспоминаний | Xatirələr rəqsi | — | instrumental | 3:37 |
3. | В моей душе покоя нет | Qəlbimdə sakitlik yoxdur | Robert Berns (tərcümə: Samuil Marşak) | Alisa Freyndlix | 2:17 |
4. | Обрываются речи влюблённых | Aşiqlərin nitqi kəsilir | Nikolay Zaboloski | Alisa Freyndlix | 1:47 |
5. | Осень | Payız | — | instrumental | 2:04 |
6. | Облетают последние маки | Sonuncu lalələr uçur | Nikolay Zaboloski | Andrey Myaqkov | 3:33 |
7. | В моей душе покоя нет 2 | Qəlbimdə sakitlik yoxdur | Robert Berns (tərcümə: Samuil Marşak) | Andrey Myaqkov | 3:07 |
8. | Утро | Səhər | — | instrumental | 2:38 |
9. | Нас в набитых трамваях болтает | Basabas tramvaylarda bizdən danışırlar | Yevgeni Yevtuşenko | Andrey Myaqkov | 2:05 |
10. | Песенка о погоде | Hava haqqında mahnı | Eldar Ryazanov | Alisa Freyndlix | 2:54 |
11. | Модный танец | Dəbli rəqs | — | instrumental | 2:21 |
12. | Дождь | Yağış | — | instrumental | 2:50 |
13. | Финал | Final | — | Andrey Myaqkov Alisa Freyndlix |
1:45 |
2. Azərbaycan dilində izləmək üçün:
https://youtube.com/gcb2pxFVXBw
Azərbaycan dilində izləmək üçün: https://t.me/immfilm