Liza - Dram Kraliçası

"Liza - Dram Kraliçası" (ing. Lisa the Drama Queen) — "Simpsonlar" cizgi serialının iyirminci mövsümünün doqquzuncu seriyasıdır və ilk dəfə 25 yanvar 2009-cu ildə yayımlanmışdır. Britaniyalı kinoaktrisa Emili Blant Cülyetta obrazını səsləndirərək seriyada qonaq aktyor kimi iştirak etmişdir.[1] Brayan Kelli seriala beş mövsümlük fasilədən sonra ssenari müəllifi kimi geri qayıtmışdır.

"Liza - Dram Kraliçası"
Simpsonlar cizgi serialından seriya
BMT sammitində Azərbaycanı təmsil etməli olan Liza yerində yoxdur.
Seriya №. 429
Rejissor Mettyu Nasçek
Ssenari müəllifi Brayan Kelli
İcraçı prodüser(lər) Al Jan
İstehsal kodu KABF22
Orijinal yayım tarixi 25 yanvar, 2009
Divan zarafatı Ailə, "Simpsons Couch Gag #429" adlı oyuncaq dəstinin bir hissəsidir.
Qonaq aktyorlar Emili Blant Cülyetta rolunda[1]
Fall Out Boy özləri rolunda[2]

Liza incəsənət sinifində olarkən, onun kimi Coş Qrobandan xoşu gələn Cülyetta Hobbs adlı ağıllı bir qızla tanış olur. Qızlar özlərinə onları real dünyadan uzaqlaşdıran uydurulmuş dünya yaradırlar. Onlar özlərinin kraliça olduğu və hamının bərabər yaşadığı bu dünyanı "Equalia" adlandırırlar. Lakin tezliklə Liza yaratdıqları uydurma dünyaya çox aludə olur və bu səbəbdən də dərslərini pis oxumağa başlayır. Marc Cülyettanın davranışlarını izlədikdən və onun yaxınları ilə görüşdükdən sonra qızının psixi sağlamlığı barədə narahat olmağa başlayır. O, Lizanın rəfiqəsilə görüşməsinə mane olmağa çalışır.

Ertəsi gün Cülyetta Lizaya yaratdıqları uydurma dünyanın idarə edilməsi haqqında planlarını müzakirə etmək üçün, onunla birlikdə baxımsız vəziyyətdə olan bir restorana qaçmağı təklif edir. BMT sammitində Azərbaycanı təmsil etməyə hazırlaşan Liza bu sammiti qaçırır. Martin, Marc ilə əlaqə saxlayır və ona Lizanın itkin düşməsi haqqında məlumat verir. Restoranı özlərinə sığınacaq kimi işlədən Dolf, Cimbo və Kerni, ora gəldikdə burada Liza və Cülyettanı görür və onları tutaraq tələyə salırlar. Dolf və Cimbo restoranı tərk etdikdən sonra Liza və Cülyetta "Equalia" haqqında nağıllarla Kerninin diqqətini yayındıraraq tələdən çıxmağı bacarırlar. Lakin bu zaman Dolf və Cimbo restorana geri qayıdırlar. Onlar qızların əlyazmalarını yandıraraq məhv etmək istəyirlər. Bu zaman Kerni onlarla mübarizə apararaq, Liza ilə Cülyettanın restorandan qaçmasına şərait yaradır. Liza azad olduqdan sonra Cülyettaya, artıq uydurulmuş dünyanı unutmağı və real dünyada yaşamaq istədiyini bildirir. Cülyetta Lizanın bu qərarından məyus olur və "həqiqi dünya, yalnız bundan daha yaxşı heç nə uydura bilməyən insanlar üçündür" söyləyərək onunla vidalaşır. Liza Cülyettanın dəli olduğu qənaətinə gəlir və onların dostluqları sona çatır.

  1. 1 2 "Gallery photos". FoxFlash. 2009-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-09.
  2. Newman, Melinda. "D'oh! Fall Out Boy Records 'Simpsons' Theme". HitFix. 2009-01-15. 2009-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]