Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir[1]. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir.
Lobio | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Gürcüstan mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır[2].
Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir. Sonra ilıq su ilə yuyulur və bişirilməyə başlanılır. İsti odda 10-15 dəqiqə və bu proses 2-3 dəfə təkrar edilir. Sonra yenidən odu azaldırıq və bişənə qədər yəni suyu quruyana kimi bişiririk. Lobionun bir neçə növü var.Xüsusi dadı olsun deyə ona soğan, sarımsaq, sirkə və s. əlavə edilir[3].