Bu məqaləni vikiləşdirmək lazımdır. |
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.[3]. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir.
Lockheed Martin | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | aviakosmos sənayesi[d], elektronika, ínformasiya təhlükəsizliyi, silah sənayesi[d] |
Məhsulları | Hərbi təyyarə, Ballistik raket, Raketdən müdafiə, aviasiya, radar, süni peyk |
Təsis tarixi | 1995 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
lockheedmartin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.[4]. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir.
Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir.
Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur.
1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır. Bir ildən sonra görüşlər sona çatmış və bütün səhmdarların təsdiqi ilə 15 mart 1995-ci il tarixində iki şirkət tarixi bir qərara qəbul edərək müasir dövrə qədər uğurlu şirkətlərin arasında heç birinin əldə edə bilmədiyi uğurları əldə etmiş olan Lockheed Martin şirkətini yaratmışdırlar.
Lockheed Martin şirkəti yarandığı dövrdən bu yana aviasiya və müdafiə sənayesi sahələrində dünyanın seçilmiş şirkətlərindən biri olmuşdur. 2014-cü ilin nəticələrinə görə Lockheed Martin şirkəti ABŞ Silahlı Qüvvələrindən ən çox maliyyə almış şirkətdir. 2013-cü ildə şirkət 45 milyard dollarlıq gəlirinin 78%-ini ABŞ ordusunun ayırdığı maliyyə vəsaitlərindən təmin etmişdir. Bundan başqa Pentaqon da şirkətin maliyyə mənbəyinin təxmini olaraq 10%-ini apardığı tədqiqatlarına görə təmin etmişdir.
Şirkət işlərini beş əsas sahədə həyata keçirdir: Aviasiya, Birləşmə Sistemləri, Döyüş Raketləri, Atəşləmə sistemləri, Xidməti Təlim Sistemləri. ABŞ aviasiya sektoruna ən çox xeyir verən şirkətlərə verilmiş olan Milli Aviasiya Təşkilatı tərəfindən verilən Collier mükafatına Lockheed Martin 20 illik tarixi ərzində tam 6 dəfə layiq görülmüşdür. Həmçinin şirkət müasir dövrdə tibbi xidmətlər, bərpa oluna bilən enerji sistemləri, ağıllı enerji paylama sistemləri və nüvə birləşmələri kimi sahələrə də, tədqiqat məqsədilə investisiyalar ayırır.
Dünya miqyasında 100.000-dən çox fəhləsi olan Lockheed Martin şirkətinin eyni zamanda İngiltərə, Kanada və Avstraliyada törəmə şirkətləri vardır. Bu mərkəzlər də, əlbəttə, ABŞ mərkəzli şirkətə aid olaraq fəaliyyət göstərirlər. 9 noyabr 2012-ci ildə idarə heyətinin rəhbəri seçilmiş Merlin Hevson 2013-cü ilin yanvar ayından bəri şirkətin icraçı direktoru vəzifəsini icra edir. Hewson 2010, 2011 və 2012-ci illərdə "Fortune" jurnalının hazırladığı "İş dünyasındakı ən güclü 50 qadın" siyahısına daxil olmağı bacarmışdır. Eyni zamanda 2014-cü ildə "Forbes" jurnalının siyahısında 21-ci sırada qərarlaşmışdır.