Loki

LokiGerman-skandinav mifologiyasında alov tanrısıdır. Daha çox hiyləgərliyi ilə seçilir. Digər Asqard sakinlərindən fərqli olaraq, Loki As və ya Van deyil. O, buz nəhəngləri nəslindəndir, lakin ağlı və hiyləgərliyi, eləcə də, Aslara etdiyi xidmətləri nəticəsində, tanrılar ona Asqardda yaşamağa icazə veriblər.

Loki
Cinsi kişi[d][1], qabılgan[d][2][1]
Qardaşı və bacısı Odin
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Loki ilk dövrlərdə sadəcə olaraq, alov tanrısı kimi bilinsə də, sonradan daha çox mənfi xarakter alaraq, bahar tanrısı Baldrın ölümünün səbəbkarı kimi təqdim olunur. Loki skandinaviya mifologiyasında pislik və hiyləgərlik tanrısıdır. Bəzən buynuzlu olaraq təsvir edilir. Loki Yotunheymdəki trolların nəslindən gələn yad bir varlıq idi. Atası Farbauti, anası isə Laufreydi. O, əslində, bir buz nəhəngidir. Æsir tanrılarının Buz divləri ilə olan döyüşlərində tanrılara önəmli məlumatlar vermişdir. Odin onun köməyini qəbul etmiş onu qan qardaşı olaraq Æsir tanrılarının yanına almışdır. Loki öz görünüşünü və hətta cinsiyyətini də vaxtaşırı olaraq dəyişdirə bilirdi. O, ilahə Siqyn ilə evlənir. Qarışıq bir xarakterə sahibdir. Digər tanrılara oyunlar oynayaraq əylənir. Ən böyük tələsi isə kor tanrı olan Hodru aldadaraq Bolderin ölümünə səbəb olması idi. Bu hərəkətindən sonra Odin onu qan qardaşlığından çıxarmış, onu dünyanın dərinliklərindəki bir mağaraya həbs etmişdir.

  1. 1 2 https://www.ne.se/uppslagsverk/encyklopedi/l%C3%A5ng/loke.
  2. https://norse-mythology.org/gods-and-creatures/others/sleipnir/.
  3. Локе (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIа. С. 917.
  4. Гела (rus.). // Гейльброн — Германия 1929. Т. 15.
  5. Геллия (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 281.