Sleypnir — German-skandinav mifologiyasının baş tanrısı Odinin 8 ayaqlı atı. Lokidən törəyib.
Sleypnir Skandinaviya panteonunda tanrıların tanrısı olan Odinə məxsus əfsanəvi səkkiz ayaqlı at. Odin Sleypnirin üzərində tanrıların dünyası və insanların dünyası arasında səyahət edir. Səkkiz ayaq kompasın cəhətlərini simvolizə edir, Sleypnir həm torpaq üzərində, həm də havada gəzə bilir.
Sleypnirin səkkiz ayağı Günəş çarxının səkkiz dəndəsinin rəmzi ola bilər və çox güman ki, Odinin (əvvəllər Odin Günəş tanrısı kimi də qəbul edilirdi) daha qədim forması ilə əlaqəlidir. Sleypnirin bir göz qırpımında hərəkət etmək qabiliyyəti günəş işığı ilə əlaqələndirilir Skandinaviya mifoloji nağıllarına əsasən, Sleypnir tanrı Loki və nəhənglərin atı Svaldifaridən törəyib. Belə ki, Loki madyana çevrilmiş və səkkiz ayaqlı at dünyaya gətirmişdir. Sonra isə onu Odinə hədiyyə etmişdir.
Sleypnir boz rənglidir və dünyalardakı bütün atlardan sürətli və ağıllıdır. Qraninin atasıdır. Dişlərinə Run əlifbasının sehirli işarələri oyulmuşdur. Sleypnir Manannan Mak Lir və İm Daqda kimi kelt tanrılarının atları ilə müqayisə oluna bilər.
"Hervarar ok Heiðreks" saqasında, "Heiðreks gátur" şeirində Sleypnir və Odinin bir tapmacada adı çəkilir:
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |