London Terreys

London Terreys (ing. London Terrace) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonunda yerləşən çoxmənzilli ev. O, Manhettenin Vest Sayd rayonun bütöv şəhər kvartalını əhatə edir, şərqdən Doqquzuncu prospektlə, qərbdən Onuncu prospektlə, cənubdan 23-cü küçə və şimaldan 24-cü küçə ilə sərhədlənir. Tikintisi 1929-cu ilin sonlarında başladı və ümumi xərci 25 milyon dollar (2019-cu ilə görə, 372.238.000 dollara bərabər)[1] etdi, o dövr üçün dünyanın ən böyük mənzil binası olmuşdur.[2]

London Terreys
Hay Layndan görüntü
Hay Layndan görüntü
Xəritə
Ümumi məlumatlar
Yerləşmə Çelsi
Ölkə
Şəhər Manhetten, Nyu-York
Koordinatlar 40°44′50″ şm. e. 74°00′07″ q. u.HGYO
Açılma 1930
Dizayn və konstruksiya
Memarlıq şirkəti "Farrar & Watmough"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

London Terreys binası 17-19 mərtəbə hündürlüyündə olan 14 bitişik binada yerləşən təxminən 1700 mənzildən ibarətdir və orada Olimpiya ölçülü hovuz var.[3] London Terreys "Henry Mandel Companies"[1] və "Farrar & Watmough" memarlıq firması[2] tərəfindən inşa edilmişdir. Bina hazırda iki ayrı müəssisə tərəfindən idarə olunur. London Terreys Tauer hazırda kooperativ şəkildə idarə olunur və idarəçiliyi "Douglas Elliman Property Management" təmin edir,[4] London Terreys Qardensi isə hazırda icarə binasıdır və "Rose Associates" tərəfindən idarə olunur.[5]

  1. 1 2 "First Units Ready in London Terrace; Work on Nineteen-Story Apartment Hotels Is Expected to Start in July". The New York Times. May 11, 1930.[ölü keçid]
  2. 1 2 "Block Development Will Benefit City; Architect Sees Solution of Many Civic Problems in Large Scale Construction". The New York Times. February 22, 1931.[ölü keçid]
  3. Leonard, Neil. "London Terrace Enters Middle Age Gracefully; 37-Year-Old Chelsea Project Retains Its Charm". The New York Times. May 7, 1967.[ölü keçid]
  4. "London Terrace Towers Management". May 24, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  5. "London Terrace Gardens". September 3, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.