Lublin üçbucağı

Lublin üçbucağı (lit. Liublino trikampis, pol. Trójkąt Lubelski, ukr. Люблінський трикутник) — 2020-ci ilin iyul ayında Lublin şəhərində Ukrayna, PolşaLitva tərəfindən təsis edilmiş üçtərəfli regional platforma (format).[1] Onun yaradılmasının hərbi, siyasi, iqtisadi və sosial əməkdaşlığın dərinləşdirilməsi məqsədlərinə xidmət etdiyini bildirilmişdir. Bu ölkələr, həm də Ukraynanın Avropa İttifaqıNATO- ya inteqrasiyasına dəstək verir.

Lublin üçbucağı
Loqonun şəkli
Yaranma tarixi 28 iyul 2020
Rəsmi dili
umcs.pl/pl/trojkat-lubel…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Litva, Polşa və Ukrayna xarici işlər nazirləri tərəfindən platformanın yaradılması ilə bağlı birgə bəyannamə 28 iyul 2020-ci ildə Lublin şəhərində (Polşa) imzalanıb. Nazirlər Rusiyanın Krımı və Sevastopolu ilhaq etməsini pisləyib və Rusiyanı Donetsk və Luqansk vilayətlərinin bir hissəsindən qoşunlarını çıxarmağa çağırıb, NATO-nun Ukraynaya Gücləndirilmiş İmkanlar üzrə Tərəfdaş statusunun verilməsini (12 iyun 2020-ci il) alqışlayıblar və Ukraynanı NATO-ya üzvlük planı ilə təmin etdiyini qeyd ediblər.[1][2][3]

  1. 1 2 "Kuleba, Czaputowicz and Linkevičius launched the Lublin Triangle — a new format of Ukraine, Poland and Lithuania". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  2. "Joint Declaration of Foreign Ministers of the Republic of Poland, the Republic of Lithuania and Ukraine on establishing Lublin Triangle". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  3. "Meeting of Foreign Ministers of Poland, Lithuania and Ukraine". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.