Luiza Noybauer (alm. Luisa-Marie Neubauer[6]) — Almaniyada "Gələcək üçün cümə günləri" məktəb iqlim tətillərinin əsas təşkilatçılarından biri olan alman əsilli iqlim fəalı. O, bu işdə Qreta Thunberqdən ilhamlanır. O, Almaniyada 2030-cu ilə qədər kömürdən mərhələli şəkildə imtina və Paris sazişinə uyğun iqlim siyasətini müdafiə edir. O, həmçinin “anti-artım” konsepsiyasını dəstəkləyir. Noybauer Birlik 90/Yaşılların üzvüdür. Bundan başqa nəsillərarası ədalət və qlobal yoxsulluğa qarşı müdafiə etdiyi müxtəlif təşkilatlarda iştirak edir.
Luiza Noybauer | |
---|---|
Doğum tarixi | 21 aprel 1996[1] (28 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ətraf mühit fəalı[d], bloger[d], ətraf mühit fəalı, yazıçı-dokumentalist[d], coğrafiyaşünas, podkaster |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Noybauer Hamburqun İzerbruk rayonunda dörd uşaqlı bir ailədə böyüyüb. Ailənin ən kiçik uşağıdır. Anası tibb bacısıdır[7]. Özünə örnək hesab etdiyi nənəsi 1980-ci illərdə nüvə əleyhinə hərəkatda iştirak edirdi. O, iqlim dəyişikliyini nəvəsinin diqqətinə çatdırır və həmçinin ona Die Tageszeitung kooperativindəki payını verir[8]. Noubauerin üç böyük bacısından ikisi Londonda yaşayır[9]. Onun əmisi qızı Karla Reemtsma da Almaniyada Gələcək üçün cümə gününün aparıcı simalarından biridir[10].
Noybauer gəncliyindən ictimai fəal idi, ilkin olaraq əsasən kilsədə fəaliyyət göstərirdi. 2014-cü ildə Hamburqda Marion-Dönhoff-Gimnaziyasını bitirmişdir[11]. Növbəti il o, Tanzaniyada inkişafa yardım layihəsində və həmçinin İngiltərədə üzvi fermada çalışır[12]. 2015/2016-cı ilin qış semestrində Göttingendəki Georg-August Universitetində coğrafiya üzrə təhsil almağa başlayır. O, London Universitet Kollecində bir semestrlik mübadilə tələbəsi olur və Almaniyadan[13], həmçinin Yaşıllara yaxın olan Heinrich Böll Fondundan təqaüd alır[14]. 2020-ci ilin yay semestrində o, Elmlər üzrə bakalavr dərəcəsi ilə məzun olur[15].
Noybauer 2016-cı ildən ONE QHT-nin gənclər səfiridir[16]. Bundan əlavə, o, Gələcək Nəsillərin Hüquqları[17] və "Düzgün həyat tərzi üçün"[6] Fondunda fəallıqlar edir.
2019-cu ilin əvvəlində Noybauer Gələcək üçün cümə hərəkatının aparıcı fəallarından biri kimi tanınmağa başlayır. Bir çox media onu "Almaniyadakı hərəkatın siması" adlandırır. Noybauer özünün və digər tətil təşkilatçılarının Qreta Thunberq ilə müqayisəsini rədd edərək deyir:
“Biz kütləvi hərəkat qururuq və geniş səfərbərlik və diqqəti cəlb etmək üsullarından istifadə edirik. Qretanın etdiyi şey inanılmaz dərəcədə ruhlandırıcıdır, lakin əslində ondan nisbətən uzaqdır.”
Noybauer tətilləri siyasətə birbaşa təsir vasitəsi kimi görmür. Tətillərin arxasında duran iş daha vacibdir:
“Bizim gördüyümüz iş inanılmaz dərəcədə davamlıdır. Biz strukturlar qururuq və hadisələri təhsil təcrübəsinə çeviririk. Biz həmçinin iqlimin qorunması prinsiplərinə əsaslanaraq müzakirələr aparırıq.”[18]
13 yanvar 2020-ci ildə Noybauerin Co Kaeserin Siemens Energy-nin direktorlar şurasına daxil olmaq təklifini rədd etdiyi açıqlanır. Noybauer verdiyi açıqlamada,
"Əgər bunu etsəydim, şirkətin maraqlarını təmsil etməyə borclu qalacağdım və daha Siemensin müstəqil tənqidçisi ola bilməyəcəkdim". “Bu, mənim iqlim fəalı kimi rolumla uyğun gəlmir.”[19]
Siemens dünən Avstraliyadakı Carmichael kömür mədənini dəmir yolu infrastrukturu ilə təmin etmək üçün Hindistanın çoxmillətli istehsal şirkəti Adani ilə müqaviləni saxladığını elan edir. Noybauer DPA xəbər agentliyinə şərh verir: “Biz Kaeserdən Adani mədəninindəki fəaliyyəti dayandırmaq üçün mümkün olan hər şeyi etməsini istədik. Bunun əvəzinə o, indi bu fəlakətli layihədən qazanc əldə edəcək”. O, əlavə etdi ki, qərar "keçmiş əsrdən qalır" və Kaeser "bağışlanmayan səhv" edir[20].
Noybauer dünya ölkələrinə etdiyi keçmiş uçuşlarına görə mətbuatda mənfi rəy alır[21][22]. O, buna cavab olaraq deyi rki, onun şəxsi istehlakına dair hər hansı tənqid onu daha böyük struktur və siyasi məsələlərdən yayındırır.
Reqensburq Universitetinin siyasi elmlər professoru Aleksandr Strassner onu müxtəlif fikirlərə malik insanları gözdən salmaq üçün "qoca ağdərililər" ifadəsini sinonim kimi istifadə etməkdə günahlandırır[23].