Lyperosomum pеtrowi

Lyperosomum pеtrowi (lat. Lyperosomum pеtrowi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.

Lyperosomum pеtrowi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 5,8-6 mm, eni qarın sormacı sahəsində 0,5-0,7 mm-dir. Ağız sormacı dairəvidir, diametri 0,21х0,25 mm-dir, qarın sormacı böyük, şarvari olub 0,64x0,77 mm diametrə malikdir. Sormaclar arasında məsafə 0,34-0,51 mm-dir. Ağız sormacının arxasında diametri 0,16-0,17 mm-ə qədər olan farinks yerləşir. Bağırsaq şaxələri təqribən eyni uzunluqda olub, düz xətt boyunca bədənin arxa hissəsində qurtarırlar. Cinsi bursa uzunluğu 0,172 mm, eni 0,129 mm olub qarın sormacından öndə qurtarır. Dairəvi və eyni olan toxumluqlar bədənin orta hissəsinin önündə, qarın sormacının arxasında yerləşir. Onların ölçüləri 0,12-0,21 mm. Yumurtalıqlar bütöv kənarlıdırlar, arxa toxumluqdan 0,38-0,55 mm məsafədə yerləşirlər. Uzunluğu 0,235-0,30 mm, eni isə 0,15-0,21 mm-dir. Sarılıqlar qeyri bərabərdir. Balalıq bütün bədəni əhatə edir. Qarın sormacının arxa kənarından başlayaraq, bədənin arxa qurtaracağına qədərdir. Yumurtanın uzunluğu 0,019-0,022 mm-dir.[1]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Endem növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Francolinus francolinus və Turdus merula) qara ciyəri və öd yollarında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Qara ciyər toxumları ilə qidalanır. Düşmənləri yoxdur. Hermafrodit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Ontogenezi məlum deyil. İnsan həyatına təsiri məlum deyil. Mühafizəsinə ehtiyac yoxdur.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Dünyada 30, Qafqazda 4, Azərbaycanda- 9 növü yayılıb. MuğanNaxçıvanda yayılmışdır.

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Feyzullayeva O.V., Mahmudova Y.Ə. Доклады АН Аз.ССР, 1961, том XVII, № 9, стр.829-831.
  • Б.Касимов «Гельминтофауна охотничье-промысловых птиц отрядя Куриных», М., 1956, стр. 36-38.
  • Панин В.Я. «Трематоды Дикроцелииды мирого фауны», Алма-Ата., 1984, стр. 136.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yastı qurdlar

Trematodlar

Hepatiarius sudarikovi

Lyperosomum schikhobalovi

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Feyzullayeva O.V., Mahmudova Y.Ə. Доклады АН Аз.ССР, 1961, том XVII, № 9, стр.829-831.
  2. Б.Касимов «Гельминтофауна охотничье-промысловых птиц отрядя Куриных», М., 1956, стр. 36-38.