Lytech

Lytech MMC (ing. Lytech LLC) — 2019-cu ildə Azərbaycanda yaradılmış və qeydiyyatdan keçmiş, biznes həllərinin yaradılması, istənilən həcmli müəssisələrə rəqəmsal konsaltinq və transformasiya və İKT audit istiqaməti üzrə ixtisaslaşmış şirkət. Şirkətin baş ofisi Kanadada yerləşməktədir.

Lytech MMC
Ümumi məlumatlar
Tipi Proqram təminatı
Sənaye Biznes həlləri, İKT audit və konsaltinq
Məhsulları PenERP, PenCRM, PenHRM və digərləri
Təsis tarixi 2019
Rəhbərlik
Rəhbərlik Ələkbər Məmmədov
lytech.company

Məhsullar[redaktə | mənbəni redaktə et]

Şirkət kiçik həcmli şirkətlərdən korporativlərə qədər – geniş diapozonda tətbiq olunan məhsullar təqdim edir. Şirkətin məhsulları Türkiyə, Rusiya, GürcüstanUkrayna kimi dünyanın 10-a yaxın ölkəsində biznes və çözüm ortaqları vasitəsilə biznes subyektlərinə təqdim olunur.

PenERP[redaktə | mənbəni redaktə et]

Müəssisələrin bütün resurs və şöbələrinin bir mərkəzdən idarəolunması, hesabatlılığının vizualizasiyası üçün təqdim olunan PenERP məhsulu, özündə müəssisə resurslarının idarə edilməsi üçün gərəkli olan bütün modulları ehtiva edir. Bundan başqa, vahid idarəetmə və hesabat pəncərəsi prinsipi ilə bütün informasiyanın real vaxtda bütün şöbələr arasında ötürülməsini təmin edərək daha ağıllı və effektiv qərarlar verməkdə şöbələrə yardımçı olur.

PenCRM[redaktə | mənbəni redaktə et]

Rəqabətin artdığı dövrdə yeni müştəri tapmaq daha çətin olduğundan şirkətlər artıq mövcud müştərilərin sədaqətini artırmağa və daha ağıllı müştəri portfeyli yaratmağa çalışır. PenCRM məhsulu müştərilər haqqında məlumat almaq, müştərilərlə daha yaxşı əlaqə qurmaq, müştərilərin sədaqətini artırmaq üçün çox yaxşı vasitədir.

Xidmətlər[redaktə | mənbəni redaktə et]

Şirkət özünün daxilində təşkil etdiyi müxtəlif layihə komandaları ilə marketinq, veb proqramlaşdırmamobil proqramlaşdırma kimi sahələrdə biznes subyektlərinə xidmətlər təklif etməkdədir. Sözügedən sahələr üzrə şirkətin həm Azərbaycanda, həm də Kanadada geniş portfoliosu mövcuddur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]