Lyubov Zalmanovna Uspenskaya (Любо́вь За́лмановна Успе́нская) (d. 24 fevral 1954, Kiev) —müğənni.
Lyubov Uspenskaya | |
---|---|
Lyubov Zalmanovna Uspenskaya | |
Ümumi məlumatlar | |
Doğum adı | Любовь Залмановна Сицкер[1] |
Doğum tarixi | |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1979-cu ildən |
Janrlar | rus şansonu, pop musiqisi |
Musiqi alətləri | piano, bayan[d][3] |
Albom şirkətləri | Soyuz[d], CD Land[d] |
yspenskaya.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
L. Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L. Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L. Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-yə (Los-Anceles) köçüb. Müğənni ilk albomunu (“Lyubimıy”) 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-də populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçüb və hazırda da orada yaşayır. L. Uspenskaya bir neçə dəfə “İlin şansonu” mükafatına layiq görülüb.