Möhsün Möhsünov

Möhsün Möhsünov (tam adı:Möhsünov Möhsün Şərif oğlu; 10 may 1937, Naxçıvan6 yanvar 1995) — yazıçı,nasir,publisist[1]

Möhsün Möhsünov
Doğum tarixi 10 may 1937(1937-05-10)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1995(1995-01-06) (57 yaşında)

Möhsünov Möhsün Şərif oğlu 1937-ci il 10 mayda Naxçıvan şəhərində anadan olmuşdur.

1995-ci il 6 yanvar-da vəfat etmişdir.

1955-ci ildə Naxçıvan şəhərində Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Ali məktəbdə təhsilini davam etdirməklə yanaşı, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi kimi çalışmışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Naxçıvana qayıdaraq Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor işləmişdir. 1965-1972-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, əvvəlcə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında müəllim işləmişdir. Sonrakı fəaliyyətini “Şərq qapısı” qəzetində xüsusi müxbir, Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzetinin Naxçıvan Muxrar Respublikası üzrə zona müxbiri, “Respublika” qəzetində müxbir vəzifələrində davam etdirmişdir. 1992-ci ilin iyulundan ömrünün sonunadək “Real” İnformasiya Agentliyinin baş redaktoru işləmişdir. 1963-cü ildən başlayaraq məqalələri “Azərbaycan gəncləri “, “Vışka”, “Ədəbiyyat və incəsənət“ qəzetlərində, “Kirpi”, “Ulduz”, “Azərbaycan qadını“, “Azərbaycan“ jurnallarında, “Odlu ürəklər” almanaxında və başqa mətbu nəşrlərin səhifələrində müntəzəm dərc olunmuşdur.

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yeddi kitabı müəllifidir. "Süd haqqı" (1970), "Baş tutmadı" (1979), "Leyləklər yenə də gəldi" (1988), hekayəfelyeton topluları, "Səadət özü gəlmir" (1984), "On bir qərənfil" (1988) povestləri nəşr olunmuşdur. "Dəlləyin duası", "Orijinal pir" satirik pyesləri var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

90-ci illərdə Naxçıvanın ictimai-siyasi fəaliyyətində fəal iştirak edib. Naxçıvan Şəhər Sovetinin deputatı kimi muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında önəmli rol oynamış məşhur “91”lərdəndir.

Üzvü olduğu təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • SSRİ Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İki dəfə “Qızıl qələm” mükafatına layiq görülmüşdü. Naxçıvanda yazıb-yaradan yeganə yazıçı idi ki, “Kirpi” jurnalının mükafatını almışdır.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 326. ISBN 5-8066-1468-9.
  1. "ÖMRÜ QISA OLSA DA..." 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.