Aslanov Möhsün Qədir oğlu – şair, publisist, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2003).
Möhsün Qədiroğlu | |
---|---|
Aslanov Möhsün Qədir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | jurnalist |
Möhsün Qədiroğlu 1970-ci il aprelin 20-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə hərbi xidməti borcunu yerinə yetirmişdir.
1991-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. 1994-2002-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbərlər şöbəsində redaktor işləmişdir.
2004-cü ildən Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbir olaraq çalışır. Eyni zamanda Kiyevdə 2003-cü ildən Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunan "Azərbaycanın səsi" qəzetinin baş redaktorudur.
Ədəbi fəaliyyətə orta məktəbdə ikən başlamışdır. İlk qələm təcrübələri Basarkeçər rayon qəzeti "Vardenis"də dərc edilmişdir. Sonra dövri mətbuatda vaxtaşırı şeir, oçerk və publisistik yazılarını çap etdirmişdir.
Azərbaycan Dövlət Televiziyasında Azərbaycanın eks prezidenti Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev – iki əsrin fenomeni" filminin ssenari müəllifidir. Bir neçə telefilmin redaktoru olmuşdur.