Möhsün ibn Əli

Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə632, Mədinə) — Əli ibn Əbu TalibinFatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, HəsənZeynəbin qardaşı idi.

Möhsün ibn Əli
Doğum tarixi 632
Doğum yeri
Vəfat tarixi 632
Vəfat yeri
Vəfat səbəbi Ana bətnindən düşmə[d]
Atası Əli bin Əbu Talib
Anası Fatimə
border=none Əsas məqalə: Qədir-Xum

Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi.[1][2][3][4][5]

Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.[1][6][7][8][9]

border=none Əsas məqalə: Fatimənin evinə hücum

Səqifə yığıncağından sonra Ömər və onun tərəfdarları Fatimənin evinə getdilər. Əli,onun ailəsi (Fatimə də daxil olmaqla) və bəzi tərəfdarları evdə idi.[10][11][12][13]Ömər Fatimənin evinin qapısına tərəf gedərək dedi: Allah yolunda (Əbu Bəkirə) çölə çıxıb beyət etməsən, səni (evini) yandıracağam.[14][15][16][17][18] Əlinin evində olan Zübeyr ibn əl-Əvam qılıncını çəkərək evdən çıxdı və xəbərdarlıq etdi,sonra Ömərin tərəfdarları ona hücum etdi.[19][20]

Fatimənin evinin qapısının önündə olan Ömər Fatiməyə dedi: Bilin ki, Allahın Peyğəmbəri səndən daha çox birini sevməyib, amma bu qərarımı yerinə yetirməyimə mane olmayacaqdır.Əgər bunlar sənin evində qalırsa, önündə olan qapını yandıracağam.[21]Digər bir rəvayətə görə, Ömər yandırmaq üçün odun hazırladı və sonra evin içərisində olanlara belə dedi: Canım əlində olan Allaha and içirəm, çıxmazsan evini yandıracağam . Ömərə Fatimənin evin içərisində olduğu barədə məlumat verildi, o da cavab verdi: Nə olsun ki! Evdə olan mənim üçün əhəmiyyətli deyil.[22][23]

Fatimə Ömərin və onun tərəfdarlarını evə hücum etməklə hədələyən səslərini eşitdikdə: Ey ata, ey Allahın Rəsulu, Ömər ibn əl-Xəttab və Əbu Bəkr İbn-i Əbi Quhafah səndən sonra bizə necə davranırlar və bizi necə qarşılayırlar?[1]

Evə sonra hücum edildi. Ömər və onun tərəfdarları evin qapısını yandırdılar; Fatimənı evin qapısı və divarı arasında əzərək bətnindəki Möhsini öldürdülər və Əlini öz iradəsinə qarşı evdən zorla çıxartdılar.[24][25][26] Bəzi rəvayətlərə görə Əlinin boynuna ip bağlandı.[27][28][29][30][31][32]

Məşhur tarixçi Əbul Həsən Əli ibn əl-Hüseyn əl-Məsudi İsbaat əl-Vəsiyyə adlı kitabında yazır:

Onlar Əlinin (əleyhis-salam) ətrafını muhasirəyə aldılar və evinin qapısını yandırdılar və onun iradəsinə əks olaraq zorla çıxardılar və qadınların rəhbərini (Xanım Fatiməni (s.ə) qapı və divar arasında sıxaraq Möhsini (bətnində daşıdığı 6 aylıq körpə) öldürdülər.

Sünni tarixçisi Səlahəddin Xəlil əl-Səfadi Vaafi əl-Vafiyyaat kitabında yazırdı: "Ömər Fatimə (sa) qarnının üstündən elə vurdu ki, uşaq bətnində öldü."[33]

Ömər və tərəfdarları Əlini sürükləyərək uzaqlaşdırdılar. Fatimə onları dayandırmağa çağırdı və dedi: "Əlini belə zalımlıq və ədalətsizliklə sürüklənməsinə icazə verməyəcəyəm." Ey ümmət, vay halınıza! Allah və Onun Peyğəmbərinə olan haqlarımızı necə tez qəsb etdiniz." Ömər Qunfuza Fatiməni qamçılamağa əmr etdi. Bəzi rəvayətlərə görə Qunfuz Fatimənin kürəyini və qollarını qamçıladı;[34] digərinə görə isə sifətindən vurdu;[35] başqa birinə görə o qədər sərt vurdu ki, qabırğalarını parçaladı.[27] Bir başqa mənbəyə görə Xalid bin Vəlid qılıncla Fatiməni vurdu; başqa bir mənbədə də bildirilir ki, Muğeyrə İbnə Şöbə onu qılıncla vurdu.[27]

  1. 1 2 3 "A Shi'ite Encyclopedia". Al-Islam.org. Ahlul Bayt Digital Islamic Library Project. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2018.
  2. Musnad Ahmad Ibn Hanbal, Volume 4. səh. 281.
  3. al-Razi, Fakhr. Tafsir al-Kabir, Volume 12. 49–50.
  4. al-Tabrizi, al-Khatib. Mishkat al-Masabih. səh. 557.
  5. Khand, Mir. Habib al-Siyar, Volume 1, Part 3. səh. 144.
  6. Musnad Ahmad Ibn Hanbal, Volume 4. səh. 281.
  7. al-Razi, Fakhr. Tafsir al-Kabir, Volume 12. 49–50.
  8. al-Tabrizi, al-Khatib. Mishkat al-Masabih. səh. 557.
  9. Khand, Mir. Habib al-Siyar, Volume 1, Part 3. səh. 144.
  10. Sahih Bukhari, Arabic-English, Volume 8, Tradition 817. Umar said: "And no doubt after the death of the Prophet we were informed that the Ansar disagreed with us and gathered in the shed of Bani Sa'da. 'Ali andZubair and whoever was with them, opposed us, whilethe emigrants gathered with Abu Bakr."
  11. Ibn Hisham. Sirah al-Nabawiyyah, Volume 4. səh. 309.
  12. History of Tabari, Volume 1 (Arabic). səh. 1822.
  13. History of Tabari, Volume 9 (English). səh. 192.
  14. History of Tabari, Volume 1. 1118–1120.
  15. History of Ibn Athir, Volume 2. səh. 325.
  16. Ibn Abd Al-Barr. al-Isti’ab, Volume 3. səh. 975.
  17. Ibn Qutaybah. Tarikh al-Kulafa, Volume 1. səh. 20.
  18. Ibn Qutaybah. al-Imamah wal-Siyasah, Volume 1. 19–20.
  19. History of Tabari, Volume 9. 186–187.
  20. Madelung, Wilferd. The Succession to Muhammad. Cambridge University Press. 1997.
  21. Kanz al-Ummal, Volume 3. səh. 140.
  22. Ibn Qutaybah. al-Imamah wa al-Siyasah, Volume 1. səh. 3.
  23. Ibn Qutaybah. al-Imamah wa al-Siyasah, Volume 1. 19–20.
  24. Buehler, Arthur F. Fatima // Coeli Fitzpatrick; Adam Hani Walker (redaktorlar ). Muhammad in History, Thought, and Culture: An Encyclopedia of the Prophet of God. 1. Santa Barbara, California: ABC-CLIO. 2014. səh. 186. ISBN 978-1-61069-178-9. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  25. Sulaym bin Qays al-Hilali. Hadith 4 // Kitab Sulaym Ibn Qays al-Hilali. Al-khoei.org. 48–67. 6 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 March 2012.
  26. Al-Shahrastani. Al-Milal wa al-Nihal كتاب: الملل والنحل **|نداء الإيمان (ərəb). Al-eman.com. 1 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2012. That a troublesome theologian called al-Naẓẓām (d. 231 AH) "increased his lying deception" and said: "Umar kicked Fatima's stomach on the day of allegiance until she miscarried and he yelled: "Burn her house and whoever is in it" and in it were Ali, Fatima, Hasan ibn Ali and Husayn ibn Ali."
  27. 1 2 3 "The Attack on the house of H. Fatema Zahra (sa) Part 2". Umar. Umar. 12 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2018.
  28. Ibn Qays, Sulaym. . səh. 74.
  29. Rejaale’ Kashi, Volume 1. səh. 37.
  30. Al Ihtejaj. səh. 73.
  31. As Seraat Al Mustaqeem, Volume 3. səh. 25.
  32. Kaukabe' Durriyah, Volume 1. 194–195.
  33. al-Safadi, Salahuddin Khalil. Waafi al- Wafiyyaat.
  34. Ilmul Yaqeen, Volume 2. səh. 677.
  35. Seeratul Aimmah Isna Ashar, Volume 1. səh. 145.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]