Mövlud Karakaya

Mövlud Karakaya (1 yanvar 1963, Ankara ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]

Mövlud Karakaya
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyun 2015-ci ildən
Seçki dairəsiiyun, 2015Adana
noyabr, 2015Adana
2018Ankara (1.)
2023Ankara (1.)
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1963(1963-01-01) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mövlud Karakaya 1963-cü ildə Ankara ilinin Bala ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Sosial Elmlər İnstitutunda isə magistrPhD dərəcələri alıb. Mühasibat uçotumaliyyə sahələri üzrə dosentprofessor elmi adları alıb. Birləşmiş Ştatların İndiana Universitetində dövlət idarəçiliyi üzrə, Perdyu Universitetində isə siyasi elmlər üzrə əlavə magistr dərəcələri alıb.[1]

Nüfuzlu universitetlərdə — Qazi Universiteti, Hacettepe Universiteti, Başkənd Universitetiİzmir İqtisadiyyat Universitetində mühasibat və maliyyə fənnlərindən dərslər tədris edib. 1999-2003-cü illərdə Torpaq Məhsulları Ofisinin İdarə Heyətinin sədri olub.[1]

Uzun illərdir MHP üzvüdür. 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. MHP sədrinin maliyyə məsələləri üzrə müavinidir.[1]

İyun 2015 və noyabr 2015-ci illərdə Adana ilindən, 2018 və 2023-cü illərdə isə Ankara ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü, TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü və TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub. 28-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının sözçüsü və NATO Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.[1]

Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Mevlüt KARAKAYA". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.