Mövlud Visaitov — Böyük Vətən müharibəsi iştirakçısı, ilk 255-ci ayrı Çeçen-İnquş süvari alayının komandiri, sonra 28-ci Qvardiya Süvari Alayı (6-cı Qvardiya Süvari Diviziyası, 3-cü Qvardiya Süvari Korpusu, 2-ci Belarus Cəbhəsi) komandiri, qvardiya polkovnik-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1990).
Mövlud Visaitov | |
---|---|
Doğum tarixi | 13 may 1913[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1986[1] (73 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Laxa Nevre kəndində (və ya Nijni Naur, indiki Çeçenistanın Nadterek rayonu), kəndli ailəsində anadan olub. Milliyətinə görə çeçendir. 1942-ci ildən Sov. İKP üzvü. 1932-ci ildə kooperativ texniki məktəbi bitirib, mağaza müdiri işləyib.
1932-ci ildən Qızıl Orduda xidmət edir. 1935-ci ildə Ordjonikidze piyada məktəbini və 1941-ci ildə süvari komandir heyəti üçün təkmilləşdirmə kurslarını bitirir. Müharibənin əvvəlində general-mayor M. Maleevin komandanlığı altında 3-cü Süvari Diviziyasının 34-cü Süvari Alayında kapitan olur.
1941-ci ilin iyunundan kapitan[2] rütbəsi alır. İlk döyüşlərdə fərqlənir. 18–22 iyul 1941-ci ildə Kirdanı (Qərbi Ukrayna) yaxınlığındakı döyüşdə eskadra hücum əmri alır. Güclü atəşə baxmayaraq, eskadron komandiri Visaitov şəxsi heyətini hücuma qaldırir, hərmi qorumaları vurur və düşmənin müdafiəsinə hücum çəkir. Sonrakı günlərdə eskadra almanların hücumlarını üç dəfə dəf edir. Bu döyüşlərdə kapitan Visaitov şəxsi cəsarət göstərir və yaralanır. Cəsarətinə görə "Qırmızı Bayraq" ordeni ilə təltif edilir.
Yaralandıqdan sonra xidmətə qayıdaraq, polkovnik S. Qorşkovun rəhbərlik etdiyi atıcı diviziyasının ayrı bir kəşfiyyat batalyonunun komandiri təyin edilir.
1945-ci ilin iyununda Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilir, lakin "Lenin" ordeni ilə təltif edilir. Ümumilikdə üç dəfə Qəhrəman adına təqdim edilir[3].
Müharibədən sonra 2-ci Belorus Cəbhəsi komandanlığının qərarı ilə M. Frunze Hərbi Akademiyasına oxumağa göndərilir, ancaq bir neçə ay sonra ehtiyata buraxılır və Qazaxıstana sürgün edilir. Deportasiyadan qayıtdıqdan sonra Qroznı şəhərində yaşayır. "Terekdən Elbaya qədər, Qvardiya Alayının keçmiş komandirinin xatirələri Böyük Vətən müharibəsi illərində döyüş yolu" kitabının müəllifidir. Kitab 1966-cı ildə Qroznıda nəşr edilmişdir. 2013-cü ildə kitab yenidən çap edilir[4].
23 may 1986-cı ildə vəfat edir. Nadterek kəndində dəfn edilir. 5 may 1990-cı ildə Visaitov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür (ölümündən sonra).
Visaitov bir dəfə Terek sahilində həmkəndlilərinin yanında oturmuşdu. Yoldaşları Böyük Vətən müharibəsi hadisələrindən danışmağa başlayırlar. Söhbət tədricən mükafatların cəsarətə görə verilmədiyini, ancaq səlahiyyətlilərə yaxınlığından asılı olaraq verildiyi, əsgərlərin həmişə yalnız öz xilasını fikirləşdiyi iddiasına yönəlir.
Visaitov ocağın yanında durub sadəcə deyilənlərə qulaq asır. Sonra TT tapançasını çıxardır, içindəki patronları ocağın içərisinə atır. Həmsöhbətlər dərhal susdular və qısa bir qarışıqlıqdan sonra oddan uzaqlaşmağa başladılar. Patronlar bir-birinin ardınca partlayır. Kişilər hər partlayışdan sonra yerə yıxılaraq sahil boyunca qaçırlar. Yalnız Visaitov duruşunu dəyişmir. Son partlayış baş verdikdən sonra, yoldaşlar odun ətrafına toplaşır. Sükut içində Visaitov qısaca bunu deyir: "Bax cəbhədə də eyni ilə belə idi"[5].
Sovet İttifaqı Qəhrəmanı (05.05.1990).
İki Lenin ordeni (29.06.1945[6]; 05.05.1990);
Qırmızı Bayraq ordeni (29.12.1941)[7];
3-cü dərəcəli Suvorov ordeni (17.02.1945)[8];
1 dərəcəli Vətən Müharibəsi ordeni (18.03.1985)[9];
Qırmızı Ulduz ordeni (06.11.1943)[10]. o cümlədən: "Döyüş xidmətlərinə görə" medalı (03.11.1944);
"Stalinqradın müdafiəsinə görə" medalı[11];
"Kiyevin müdafiəsinə görə" medalı;
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı;
"Köniqsberqin alınmasına görə" medalı;
"Qüsursuz xidmətə görə" medalı (SSRİ), 2-ci dərəcə.
Şərəf Legionu ordeni (ABŞ, may 1945).