Nadtereç rayonu (Çeçen. Теркан кӏошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu).
Nadterek rayonu | |
---|---|
Теркан кӏошт | |
43°40′44″ şm. e. 45°07′25″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Znamenskoye[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1926 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87132 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Znamenskoye kəndidir.
Rayon Çeçenistan Respublikasının şimal-qərbində yerləşir. Nadterek rayonu şimalda — Çeçenistanın Naurski bölgəsi ilə, cənub-şərqdə — Çeçenistanın Qroznı rayonu ilə, cənub-qərbdə — İnquşetiya Respublikası ilə, qərbdə Şimali Osetiya ilə, şimal-qərbdə Stavropol diyarı ilə həmsərhəddir.
Bölgənin əsas su mənbəyi Terek çayıdır. Terek çayı Nadterek rayonunun şimal sərhədi boyunca qərbdən şərqə, Xəzər dənizinə 160 km şərqdən axır. Rayon Qroznı şəhərindən 25 km şimal-qərbdə və Moskvadan təxminən 1400 km cənubdadır. Sahəsi 45 km (şimal-cənub) və 20 km (qərb-şərq) ölçülür. Onun inzibati mərkəzi Znamenskoye kəndidir. Terek çayı ilə Terek silsiləsi arasındakı dağ düzənliyində yerləşən ərazi çöl bitkiləri və çay düzənliyi boyunca meşə ilə xarakterizə olunur. Çay Qafqaz dağlarında qar əriməsi ilə qidalandığından, yaz daşqınları əhəmiyyətli ola bilir.[3]
Qədim dövrlərdən bəri bu ərazidə müxtəlif çeçen taipalarının nümayəndələri yaşayır. 18-ci əsrdə Çeçenistanda çar qoşunlarının işğalı zamanı Nadtereç çeçenləri ilə çar qoşunları arasında döyüşlər baş verdi. Çeçenlərin çıxışlarının səbəbi, Pritereçyenin torpaqlarında çeçen yaşayış məntəqələrini məhv edərək çar komandanlığının bu yerlərdə kazak kəndlərini inşa etməsi idi.[4]
Nadterek rayonu 8 mart 1926-cı ildə yaranmışdır. Nadterek rayonu kənd yaşayış məntəqələrinin statusu ilə 12 bələdiyyədənn ibarətdir.[5]
2010-cu il Ümumrusiya Əhali Siyahısına görə əhalinin tərkibini çeçenlər 98,38 %, avarlar 0,50%, ruslar 0,20 % , digərləri 0,34 % təşkil edir.[6]
Bölgənin əsas kənd təsərrüfatı sahəsi bitkiçilikdir. Heyvandarlıq və quşçuluq təsərrüfatları yalnız fərdi yardımçı sahələrdə fermerlər və sakinlər tərəfindən həyata keçirilir.[7]
Nadterek rayonunda sənaye müəssisələri yoxdur. Bəzi sənaye məhsulları, məsələn tikinti materialları: kərpic, dəmir-beton məhsulları, səki plitələri, pəncərə və qapı blokları fərdi sahibkarlar tərəfindən hazırlanır.[8]