Müşfiq Şükürov

Müşfiq Şükürov (tam adı: Şükürov Müşfiq Yarəhməd oğlu; d. 7 iyun 1968, Quba rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent[1].

Müşfiq Şükürov
Şükürov Müşfiq Yarəhməd oğlu
Doğum tarixi 7 iyun 1968(1968-06-07) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
İstiqaməti fəlsəfə

Həyatı[redaktə | mənbəni redaktə et]

7 iyun 1968-ci ildə Quba rayonunda anadan olmuşdur[1].

Hazırda Sumqayıt şəhərində yaşayır[1]. AMEA-nın Fəlsəfə İnsitutunun böyük elmi işçidir[2].

Təhsili[redaktə | mənbəni redaktə et]

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbiAzərbaycan Sənaye İnstitutunu (indiki Sumqayıt Dövlət Universiteti) bitirmişdir[2].

1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olmuş və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir[1].

Elmi yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir[1].

Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr etmişdir[2].

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Müxtəlif vaxtlarda Sumqayıt Dövlət Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəlsəfə, mifologiya, mədəniyyətşünaslıq fənnlərindən mühazirələr oxumuşdur[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Speakers. Müşfiq Şükürov Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine. ted.com  (az.)
  2. 1 2 3 4 Fəlsəfə İnstitutunun fəlsəfə doktorları: Şükürov Müşfiq Yarəhməd oğlu Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine. science.gov.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]