Dəmiraparançay — Türyançayı əmələ gətirən əsas qollardan (aşağı hissəsində Qaraçay da adlanır) biridir.
Dəmiraparançay | |
---|---|
Ölkə | |
Mənsəbi | Türyançay |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 596 km² |
Uzunluğu 69 km, hövzəsinin sahəsi 596 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacının 3850 m hündürlüyündən götürür. İllik axımın 40-60%-ni yeraltı sular təşkil edir. Orta illik su sərfi 3,10 kub m/san-dir. Axımın 26%-i yazda, 35%-i yayda, 23%-i payızda, 16%-i isə qışda keçir. Tez-tez güclü sel hadisələri müşahidə olunur. İntensiv suvarma dövründə suyunun bir hissəsi Türyançaya və Göyçay çayına axıdılır. Suvarma işlərində geniş istifadə olunur.
Dəmiraparançay Qəbələ rayonu ərazisində çay. Türyan çayının sol qoludur. Mənbəyini Baş Qafqaz silsiləsinin cənub yamacından (3850 m. yüksəklikdən) alır, bir hissəsi Türyan, digər hissəsi Göyçay çaylarına axıdılır. Tez-tez çayda sel hadisələri baş verir. Çay Qəbələ şəhəri yaxınlığında Xan yolu adlı yerdə qədimdə mövcud olmuş dəmir körpünü dağıtdığına görə belə adlandırılmışdır. Yerli əhali arasında Körpüaparan, Fil dərəsində Vəndamçaya birləşdikdən sonra Fil çayı adlanır. Şəki və Qusar rayonlarında da eyniadlı çaylar vardır.[1]