Müharibənin apofeozu (rus. Апофеоз войны) — 1871-ci ildə Rusiya rəssamı Vasili Vereşşagin tərəfindən çəkilmiş tablo.
Müharibənin apofeozu | ||
---|---|---|
rus. Апофеоз войны | ||
| ||
Rəssam | Vasili Vereşşagin | |
Tarixi | 1871 | |
Texnikası | Kətan, yağlı boya. 127x197 sm | |
Ölçüləri | 127 sm × 197 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Tretyakov qalereyası, Moskva | |
İnventar nömrəsi | 183 | |
Vikianbarda əlaqəli mediafayllar |
Ən əvvəl bu şəkil "Teymurləngin təntənəsi" adlanırdı. Onun ideyası Teymurləng ilə bağlı idi[1], qəsbkar qoşunlarının keçdiyi yerlərdə öz arxasınca bu kimi kəllələr yığını qoyub gedirdi, lakin əsər konkret surətdə tarixi səciyyə daşımırdı[2].
Tarixi rəvayətlərə görə, Bağdad və Dəməşq qadınları Teymurləngə müraciət edərək, günah və pozğunluqlar içərisində batıb qalmış ərlərindən ona şikayət etmişdir. Onda Teymurləng 200 minlik ordusunun hər bir döyüşçüsünə əmr etmişdi ki, hər biri pozğunluqla məşğul olan bir kişinin başını kəsərək gətirsin. Onun əmri yerinə yetirildikdən sonra kəsilmiş kəllələrdən yeddi piramida ucaldılmışdı.
Digər versiyaya görə isə, məşhur "Müharibənin sonu" şəkli Vereşşagin tərəfindən onun üçün danışılmış bir hekayətin əsasında yaradılmışdı. Deyilənə görə, o, Kaşqar hakimi Vəlixan-Tövrə avropalı səyahətçini qətlə yetirdikdən sonra, onun kəlləsini başqa qətl olunanların kəllələrindən düzəldilmiş piramidanın zirvəsinə yerləşdirməyi əmr etmişdi.