Münhen qətliamı

Münhen qətliamı — 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir.[3][4][5][6]

1972 Münhen qətliamı
Münhen qətliamı ilə bağlı dünya mətbuatında ən çox istifadə olunan fotolardan biri. Olimpiya kəndinin 31 saylı binasından (İsrailli idmançıların qaldığı bina) balkondan aşağı baxan terrorçu.[1][2]
Hücum yeri Münhen, Qərbi Almaniya
48°10′46″ şm. e. 11°32′57″ ş. u.HGYO
Hücum hədəfi İsrail Olimpiya Millisi
Vaxt 5-6 sentyabr, 1972
4:31-12:04 (UTC +1)
Həlak olanlar

17 nəfər (terrorçular daxil)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər.[7][8] Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqritBiram olaraq adlandırmışdır.[9]

Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudixristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir.[10] Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.[11]

Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur.[12]

Münhen Olimpiyadasından əvvəl

[redaktə | mənbəni redaktə et]

Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrailƏrəb ölkələri sürətlə silahlanmağa davam etmişdir. Kiçik həcmli müxtəlif toqquşmalar olsa da, tərəflər arasından həmin tarixdən, qətliamın baş verdiyi günə qədər ciddi toqquşmalar baş verməmişdir. Hadisəni törədən terrorçular, 1971-ci ildə Fələstin Azadlıq Təşkilatının daxilində formalaşdırılmış Qara sentyabr təşkilatına mənsub idilər. Terror aktı Qara Sentyabr hadisələri zamanı İordaniyanın tutmuş olduğu mövqe səbəbindən cəzalandırmaq məqsədilə törədilmişdir.

Hadisələrin inkişafı

[redaktə | mənbəni redaktə et]
İsrail Olimpiya Millisinin qaldığı və hadisənin törədildiyi binanın qarşısında yerləşən xatirə lövhəsi. Almanivrit dillərində olan lövhədə bu sözlər yazılmışdır: İsrail Olimpiya Millisi 21 avqust-5 sentyabr 1972-ci il tarixləri arasında XXX Olimpiya Oyunlarında bu binada qalmışdır. 5 sentyabrda idmançılar amansız terror aktının qurbanları oldu. Onların xatirəsinə ehtiramla yanaşın..

Hadisə 1972-ci ilin 5 sentyabr tarixinin gecəsi, saat 04:30-da terrorçuların İsrailli idmançıların qaldığı binaya basqın edilməklə başlamışdır. İdmançıların məskunlaşdığı ikinci mərtəbəyə edilən ilk hücum nəticəsində israilli idmançı Yossef Romano və güləş komandasının məşqiçisi Moşe Veinberq, iki terrorçunu yaraladıqdan sonra öldürüldülər.[13] Hadisələr zamanı idmançı Qad Tsobari və ağır atletika komandasının baş məşqiçisi Tuviya Sokolovski qaçmağı bacarsada,[14] terrorçular yeddi idmançı və iki məşqiçinin girov götürdülər.[15]

Terrorçuların tələbləri

[redaktə | mənbəni redaktə et]

Terrorçular İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etdilər.[16][17] İsrail tərəfi bu qərarın tələsik şəkildə verilməsinin mümkünsüz olduğunun Qərbi Almaniya hökumətinə bildirdi. Bundan əlavə girovların xilas edilməsi əməliyyatına müdaxilə etmək üçün İsrail xüsusi təyinatlılarını Almaniyaya göndərilməsi təklifini, alman tərəfi rədd etmişdir.

Bir müddət sonra terrorçular bu tələbələrindən imtina etdiklərini və girovlarla birlikdə hadisə yerindən uzaqlaşmaq üçün helikopterlə təmin olunmaqları tələbi ilə çıxış etdilər. 1972-ci ilin vəziyyətinə əsasən alman polisinin vəziyyətə bir başa müdaxilə etmək hüququ yox idi. Terrorçular girovlarla birlikdə tələblərinə uyğun olaraq təmin olunmuş iki helikopterə minərək hava limanına doğru hərəkət etdilər. Terrorçular, hava limanına çatdıqdan qısa bir müddət sonra hava limanında olan xüsusi təyinatlılar şəxsi qərarlarına əsasən xilas etmə əməliyyatına start verdilər.[18]

Tələyə düşdüklərini başa düşən terrorçular müqavimət göstərməyin mənasız olduğunu anlayıb, helikopterlərdə olan girovlara tərəf atəş açmağa başladı. 2 terrorçunun Olimpiya kəndində öldürülməsindən sonra daha iki nəfərdə hava limanında öldürüldü və qaçmağa cəhd edən bir nəfər yarım saat ərzində həbs olundu. Qərbi Almaniya kifayət qədər peşəkar xüsusi təyinatlılara sahib olmadığı üçün əməliyyat uğursuzluqla nəticələnmişdir.

Hadisədən sonra

[redaktə | mənbəni redaktə et]

1972-ci ilin avqust-sentyabr ayları ərzində keçirilən sayca XX Yay Olimpiya Oyunları zamanı baş verən qətliam Olimpiyadanın yarıda dayandırılmasına səbəb olmuşdur. Hadisələr 11 israilli idmançı və məşqiçinin, 1 alman polisinin və 5 terrorçunun öldürülməsi ilə nəticələndi. 3 terrorçudan, iki nəfəri sağ, bir nəfəri isə yaralı formada ələ keçirildi. Bir çox ölkə təhlükəsizlik tədbirlərinin zəif təşkil olunması səbəbindən Olimpiyadadakı çıxşını yarımçıq dayandırıb ölkələrinə qayıtıdılar.

Öldürülən beş ərəb əsilli terrorçunun təntənəli şəkildə Liviyada dəfn olunması, böyük səs-küyə səbəb oldu. Hadisədən bir ay sonra Lufthansaya məxsus təyyarəni qaçıran şəxslər, Münhen qətliamında iştirak etmiş və sağ olaraq ələ keçirilmiş üç şəxsin azad edilməsini tələb etdilər.[19][20] Alman hökuməti, qarşı tərəfin tələblərini yerinə yetirmək məcburiyyətində qalmışdır.[21][22]

  1. Breznican, Anthony. "Messages from 'Munich'". USAToday. Gannett Co. 22 December 2005. 5 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2009.
  2. Karon, Tony. "Revisiting the Olympics' Darkest Day". Time. 6 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 May 2010.
  3. Juan Sanchez. Terrorism & Its Effects. Global Media. 7 August 2007. səh. 144. ISBN 978-81-89940-93-5. 1 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2012.
  4. The new dimension of international ... Google Books. 11 September 2001. 13 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2010.
  5. Encyclopedia of terrorism. Google Books. 14 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2010.
  6. The terrorist trap: America's ... Google Books. 18 July 1976. 14 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2010.
  7. Reeve, Simon, "Olympics Massacre: Munich – The real story", The Independent, 22 January 2006, 16 March 2012 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 3 March 2012
  8. Fleisher, Malkah. ""Baffled" Bob Costas to Call Own Minute of Silence During Olympic Broadcast for Slain Israeli Team". The Jewish Press. 22 July 2012. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2012.
  9. Terrorism: A Global Scourge – Google Livres. Books.google. 28 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2010.
  10. Ciment, James. Encyclopedia of Conflicts Since World War II. Routledge. 20 March 2015. səh. 57. ISBN 978-1-317-47186-8. 2 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2017. Early acts at Palestinian terrorism were geared toward drawing international attention to the plight of Arabs living under Israeli occupation and to secure the release of Palestinian prisoners.
  11. Latsch, Gunther; Wiegrefe, Klaus, "Files Reveal Neo-Nazis Helped Palestinian Terrorists", Spiegel Online, 18 June 2012, 12 December 2013 tarixində arxivləşdirilib, İstifadə tarixi: 8 November 2017
  12. First official Olympic ceremony held in memory of Munich victims Arxivləşdirilib 2016-08-14 at the Wayback Machine, jpost.com; accessed 5 September 2017.
  13. Burnton, Simon. "50 stunning Olympic moments No 26: The terrorist outrage in Munich in 1972". Guardian News and Media Limited. 2 May 2012. 10 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2012.
  14. "Ladany, Shaul". Jewsinsports.org. 28 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 February 2013.
  15. Nigel Cawthorne. Warrior Elite: 31 Heroic Special-Ops Missions from the Raid on Son Tay to the Killing of Osama Bin Laden. Ulysses Press. 2011. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2013.
  16. Reeve, Simon, "Olympics Massacre: Munich – The real story", The Independent, 22 Ocak 2006, 16 Mart 2012 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 3 Mart 2012
  17. Moore, Kenny. "Shootings in the Night". Sports Illustrated. 18 September 1972. 29 August 2008 tarixində orijinalından arxivləşdirilib.
  18. Turnbull, Simon. "Shaul Ladany: Still king of the road – Olympics". The Independent. 27 January 2012. 21 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2013.
  19. "West Germany Cool to Capitulation Charge". Daytona Beach Morning Journal. 30 October 1972. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2013.
  20. Peter Chalk. Encyclopedia of Terrorism. ABC-CLIO. 2012. 20 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2013.
  21. Burke, Jason. "Bonn 'faked' hijack to free killers". theguardian.com. 26 March 2000. 11 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2017.
  22. Burnton, Simon. "50 stunning Olympic moments No 26: The terrorist outrage in Munich in 1972". theguardian.com. 2 May 2012. 10 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2017.